Yad qadına məktublar - Orxan Adıgözəl yazır...

Orxan Adıgözəl

Orxan Adıgözəl

12 yanvar 2023
# 09:00

Kulis.az Orxan Adıgözəlin yeni yazısını təqdim edir.

Soruşanda ki, “ən sevdiyin kitab hansıdır”, cavabım Andre Moruanın “Yad qadına məktublar” əsəri olur. Dəfələrlə oxuduğum bu xarüquladə ədəbiyyat nümunəsi mənə çoxsaylı bilgilər verməklə yanaşı, həm də gözəl emosiyalar bəxş edib. Klassik əsərin orjinal adı – “Lettres à l’inconnue”dır.

Fransız müəllif André Moruanın əsl adı da Emil Herzog olub.

Morua “Yad qadına məktublar” kitabında real olmayan, xəyali bir qadına müxtəlif məktublar yazır, ancaq, əslində, o, elə öz məktubları ilə bütün bəşəriyyətə xitab edir. Qadın-kişi ayrıseçkiliyi qoymadan dahi yazıçı insanlara olduqca dəyərli məsləhətlər verir. Oradakı məsləhətlər praktik və faydalı olmaqla yanaşı, həm də elə bil sehrli qüvvəyə malikdir.

Bu sehrli qüvvə öz təsirini həmin tövsiyələrə əməl edildikcə göstərmiş olur. Effektivliyə və səmərəliyə çatmağınız üçün yazılanları yerinə yetirmək lazımdır. Bəli bu sadə prinsipi bəlkə də hamı bilir. Məsələ ondadır ki, Moruanın tövsiyələri psixoloji nüansları ehtiva edir və onlar didaktik və ağsaqqalsayağı deyil.

Bizə “həyatı necə yaşamaq?” prinsiplərini də soxuşdurmur.

Moruanın bu kitabının ovsunlayıcı sehrinə düşmüş biri kimi həddi aşmaq kimi olsa belə bunu bildirməliyəm: “Yad qadına məktublar” kitabını ailə qurmamışdan, evlənməmişdən əvvəl bütün qadınlar və kişilər mütləq oxumalıdılar.

Bu kitab həyat konstitusiyası, dini kitablar səviyyəsində dəyərə malikdir.

“Bəşər övladına səmimi ürək sözləri” kimi qiymətləndirilən bu kitab elə bil bir psixoterapevt, psixoloq tərəfindən yazılıb. 1956-cı ildə “Yad qadına məktublar” kitabı nəşr olunanda Andre Moruanın 71 yaşı var idi. Bu hadisədən 11 il keçdikdən sonra 1967-ci ildə görkəmli yazıçı dünyasını dəyişəcəkdi. Bu gün isə, o, təkcə elə “Yad qadına məktublar” əsəri ilə dünyadakı öz ölümsüzlüyünü əbədiləşdirib. Hər dəfə bu misilsiz kitabı əlimə götürüb oradakı sətirləri oxuduqda sanki Cənab Morua ilə həmsöhbət olur, onun qiymətli təhlillərinə qulaq verir, xoş əhvala köklənirəm.
Bu kitab barədə bir qadından belə bir rəy eşitmişdim: “Yad qadına məktublar” kitabı bütün qadınların kitabxanasında olmalıdır.

Doğrudan da, 56 essedən ibarət kitabda bütün bəşəriyyət üçün ümumiləşmiş fikirlər olsa da Morua priortet olaraq qadınlara üstünlük verib. Əcəb də edib. Həm o dövrün, həm də elə şəxsən indiki vaxtın ümumi müqayisəsini aparsaq, Fransada qadınların 1956-cı ildəki rifahı, Azərbaycanın indiki zamanda qadın hüquqları sahəsindən tutmuş, digər sferalarında da nə qədər geri qaldığını aşkar görəcəyik. Ona görə inkişaf etmək istəyən qadınlarımız bu kitabı mütləq oxumalı, başqa qadınlara da tövsiyə etməlidir.

“Yad qadına məktublar” kitabını oxuyan adekvat kişi oxucu da qadınlarla daha alicənab davranmağı öyrənəcək.

Müəllif psixoanalizin banisi Ziqmund Froydun, həmçinin digər psixoloqların elmi ədəbiyyatından bir xeyli bəhrələnib. Bu Moruanın bioqrafiyasında da yer alıb. Hətta məlum bilgiləri mənimsəyib, onların ədəbi məcmusunu öz əsərlərində göstərən yazıçı barədə “insan qəlbinin mahir bilicisi” kimi ifadələr də işlənir.

Kitabda xoşbəxt evliliyin necə qazanılması, sevgini öldürən məziyyətlər, sağlam rəqabət, uşaq tərbiyəsi, qadın-kişi münasibəti və s. həyati vacib məsələlərdən bəhs olunur. Yazı tonu tövsiyə xarakterli olsa da, orada Morua qiymətli məsələləri heç bir ehkam kəsmədən, fikirlərini soxuşdurmadan bölüşür.

Təbii ki, kitab subyektiv fikirlərin çoxluğunu əhatə edir, sadəcə, xitab, hansısa yad qadına olduğu üçün oradakı subyektiv düşüncələrdən də açıqfikirli kəslər mütləq ki, pay götürəcəklər.
Əsərdə hansısa daxili üsyan və ya aqressiya yoxdur, əksinə, hər şey az kalorili, az şəkərli yüngül şiriniyyat kimidir. Orada incə yumor və istehza bolluq təşkil edir.

Moruanın kitabını - həyat barədə qısa fraqmentləri və eskizləri əhatə edən fəlsəfə də adlandırmaq olar. Təbii ki, belə dəyərli fikirləri ancaq Morua kimi geniş dünya görüşünə malik biri istehsal edə bilərdi.
“Yad qadına məktublar” kitabı, keyfiyyətli həyat barədə mesajları mənimsəməyə meylli olanlar, şəxsi inkişafı prioritet seçmişlər üçün ikiqat maraqlı olacaq.

Yad Qadına məktublar — Andre Morua | Bookmate-də onlayn kitab oxuyun


# 4003 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər