Atamın yatağında yatdım... – Hədiyyə Şəfaqətdən YENİ ŞEİRLƏR

Atamın yatağında yatdım... – Hədiyyə Şəfaqətdən <span style="color:red;">YENİ ŞEİRLƏR
30 dekabr 2016
# 17:45

Kulis.az Hədiyyə Şəfaqətin yeni şerilərini təqdim edir.

Atamın yatağı

Bu gecə atamın yatağında yatdım...

Köhnə

Quru

İyini itirmiş yatağında

Sahibinin kimliyini itirmiş yatağında...

Başımı yastığına qoydum

Nəfəsin soyuqluğuna...

Ayaqlarımı bətnimə sıxdım - atamızn evimizdəki yoxluğuna,

Körpəm...

Kədər

Kədər

Kədər...

Pəncərədən o üzdə narın qar...

Yığışdırılmamış süfrədə şərab...

Bir az da sərxoşdum, deyəsən

Ağlımın itdiyi yerəcən sayaqladım...

Ağladımmı?

Heç bircə damcı da ağlamadım...

Qapı

Döymə -

Keçməyə bir qapı yox...

...Qapı yox

Heç nə soruşulmaz, cavabsızlıq əbədidir...

Sonsuzluğu

Duy

Azadlığı

Duy -

Danışa bilək...

Qanadlarından ayrılmaya bildikcə kəpənək

Zamanın anlamı yoxdur…

Barmaqlarının ucuyla nəfəsinə toxun

Həyatın...

Azza

...Azza-

Həmişə gülər üzlü, mehriban, yetmiş beş yaşlı qadın -

Öldü...

"Ölmək nədir" - soruşmuşdu qonşudakı qızcığaz bir dəfə ondan,

"Quşa çevrilməkdir" - demişdi...

...Qızcığaz incidi,

Qaşqabağını tökdü -

"Mən ki dünən görmüşdüm onu,

Bu necə ola bilər,

Azza əllərini məndən xəbərsiz nə zaman qanadlarla dəyişdi?"...

Dayanacaqda ölən qadın

Gənc qadın

Elə dayanacaqdaca öldü...

Bir dəstə adamın içində

Su kimi axıb yerə töküldü qadın....

Hərə bir tərəfə çəkildi, hələ heç kim heç nə anlamamışdı...

Sükut...

Sonra haray qopdu

Biri əyilib əlini əlinə aldı qadının, biri başını dizinin üstünə qoydu

Biri nəbzini yoxladı...

Biri ucadan höküməti söydü

Ki

- Cavanında-qocasında ürək qalmayıb...

Biri qışqırdı ki

- Təcili yardıma zəng edin!

- Çəkilin

Çəkilin

Çəkilin!...

Polis camaatı aralamağa çalışdı

- Nə olub burda?

- Görmürsənmi?-yaşlı adam başını yellədi-adam ölüb...

...Telefonunda

Son aradığı nömrəni tapdılar

- Müəllim, siz bu xanımın nəyisiniz?

Hə?

Elə?

Kiçik bir qəza olub, gəlsəniz yaxşı olar, sizi

(filan, filan, filan) ünvanda gözləyirik...

Hə, hə, teatrı keçən kimi, orda...

Yox, yox, narahat olmayın, hər şey yaxşıdır...

Yox...

Özüylə danışmaq istəyirsiniz?...

................................................

....Külək

Papağının altından çıxan qızılı saçlarını oynadırdı,

Bir tutum tel

Dodaqlarına yapışıb qalmışdı...

Gözlərinin dibində bir damla parıltı günəşə ilişib qalmışdı

Qadının...

# 2007 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər