Çingiz Hüseynov: “Yüz ildi AYB-yə getmirəm” MÜSAHİBƏ

Çingiz Hüseynov: “Yüz ildi AYB-yə getmirəm”  MÜSAHİBƏ
19 iyun 2014
# 15:56

Kulis.Az bu gün AYB-dən istefa verən görkəmli yazıçı Çingiz Hüseynovla yazılı müsahibəni təqdim edir.

- Maraqlıdır ki, istefa müraciətini niyə indi etdiniz? 2004-cü ildən bəri nə dəyişdi?

- Səbəb – hamımıza xas olan tənbəllik.

- Belə düşünənlər var ki, müraciətiniz bir az subyektivdir, yəni istefa səbəbləriniz kimi yalnız öz yaradıcılığınıza və şəxsinizə olan soyuq münasibəti göstərmisiz. Halbuki, məsələn, artıq neçə qurultaydır ki, indiki sədrə real bir alternativ yoxdur.

- Belə düşünənlər də haqlıdırlar... Demokratik prinsiplər ölkədə necə - AYB- də da eləcə.

- Fikrət Qoca sizinlə bağlı məsələyə açıqlama verərkən deyib ki, AYB-nin Moskva bürosu onu tapa bilməyib. Sizi tapmaq belə çətin idi?

- (Gülüş)

- AYB-də sonuncu dəfə nə vaxt olmusunuz?

- Yüz il öncə - bəlkə də çox.

- Xalq yazıçısı Mövlud Süleymanlı deyir ki, Çingiz Hüseynovun getməsi ilə AYB heç nə itirmir. Bu barədə nə deyərdiniz?

- Mövlüd tamamilə haqlıdır: “Ayı meşədən küsüb – meşənin xəbəri yox” misalı.

- İstərdik səhhətinizlə bağlı məlumat verəsiniz. Eşitdik ki, İsrailə müalicəyə getmisiz.

- Babatam. Səhhətim, necə deyərlər, “həştatdandır”, daha doğrusu “səksənbeştən”. Amma İsrailə həmişəlik köçmüşəm, bu barədə facebook səhifəmdə beş gün əvvəl yazmışam: “Qızım sənə deyirəm – gəlinim eşitsin!”

İki vətənim vardı mənim: birisi – doğulduğum, canım-ciyərim, ata-baba yurdum, daima özümü orada gördüyüm Azərbaycan, digəri isə - altmış neçə il yaşadığım, bir şəxsiyyət kimi yetişdiyim, ailə qurduğum, ikinci doğma dil qazandığım Rusiya. İndi isə taleyin hökmü və mənim ixtiyar istəyimlə üçüncü məskənim yaranmaqdadir – İsrail.

Şəhərlər üçbucağı: Bakı, Moskva və el-Quds-Yeruşalaym, üç din şəhəri!.. Kərbəlayi idim, indi Qüdsi də əlavə olundu adıma.

- Mümkünsə son yaradıcı işləriniz barədə də məlumat verərdiniz.

- Yazıram... yazıram... Yaşadığım həyatı-münasibətləri, gördüyüm aləmi-insanları romana bənzər janr-formada dərk etməyə çalışıram, üslubum da məlum: həqiqət + ağrı + ümid.

# 3074 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər