Bu ailənin başına nə müsibətlər gəlməmişdi ki?!
Repressiya görmüşdülər.
Məhrumiyyətlərə düçar olmuşdular.
Bir nəsildən 13 nəfər repressiyanın qurbanı olmuşdu.
Söhbət yazıçı-publisist Seyid Hüseyn Sadıqzadənin ailəsindən gedir.
Seyid Hüseyn də ağır uşaqlıq həyatı yaşamışdı.
Atası öləndə cəmi beş yaşı vardı.
Bütün şəhər onun atasının qəhrəmancasına həlak olmasından danışırdı. Onun fədakarlığı uzun müddət Bakı camaatının yaddaşından silinmədi.
Hadisə 1892-ci ildə olmuşdu. Dəniz kənarı parkda hərəkət edən faytonun atları hürkərək qaçmağa başlayır.
Faytonçu sürətlə yortan atları dayandıra bilmir.
Faytondakılar ingilis attaşesinin gənc qızlarıdırlar.
Faytonu dayandırmaq mümkün olmasa, bir yerə çırpılacaq, qızlar həlak olacaqlar. Qızmış atlar özlərini hətta qələbəliyə belə vura bilərlər. Faciənin miqyası daha böyük olar.
Bu vaxt dəniz kənarında olan Mir Kazım, Seyid Hüseynin atası təhlükəni görərək özünü atların qabağına atır, onların yüyənlərindən dartaraq saxlamağa çalışır.
Lakin sürətlə yortan qızğın atlara güc gəlmək çətindir. Yüyəndən yapışmış Mir Kazım yerlərdə sürünür. Fəqət, var qüvvəsi ilə atların ipini çəkir.
Fayton dayanır. Gənc qızlar ölümdən xilas olurlar.
Mir Kazımınsa vəziyyəti pisdir. Kürəyi, beli əzilib, qan içindədir, atlar tapdayıblar onu.
Onu İçəri şəhərdəki evlərinə gətirirlər. Bir həftə sonra o, canını övladlarına bağışlayır.
Yetimləri isə babası himayəsinə götürür.
Bu faciə Sadıqzadələr ailəsində sonuncu deyildi. Qabaqda onları amansız repressiya illəri gözləyirdi.
Seyid Hüseyni 1937-ci il iyulun 15-də həbs etdilər.
Noyabrın 11-də isə həyat yoldaşı şairə Ümgülsüm Sadıqzadə həbs olundu.
Səbəb “xalq düşməni” Seyid Hüseynin həyat yoldaşı olması ilə yanaşı, Məmməd Əmin Rəsulzadənin qohumu olması idi.
Seyid Hüseyn 1938-ci ilin yanvar ayında güllələndi.
Ümgülsüm isə 8 il həbs cəzasına məhkum edilərək “Temlaq” İslah Əmək düşərgəsinə göndərildi.
Bundan sonra başsız qalan övladları Oqtay, Toğrul Cığatay, Qumral Sadıqzadələr ağır məhrumiyyətlər içərisində yaşadılar. “Xalq düşmənləri”nin övladları olduqları üçün təqib olundular.
Gələcəyin “xalq rəssamı” Oqtayı Rəssamlıq Məktəbindən qovdular.
Mirmehdi AĞAOĞLU
Oqtay Sadıqzadənin ingilis qızları xilas edən babası
Oxşar xəbərlər
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya
13:00
24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında
12:00
24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında
13:25
23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?
12:00
23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?
10:00
22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."
14:00
21 sentyabr 2026