“Əsəd Cahangirin danışdığı cəfəngiyatdır” - SORĞU

“Əsəd Cahangirin danışdığı cəfəngiyatdır” - <span style="color:red;">SORĞU
2 fevral 2016
# 14:50

Əsəd Cahangirin "Ən yaxşı beş hekayəmiz" sorğusu ilə bağlı müsahibəsində “Mən ümumən hekayə ilə bağlı sorğu keçirməzdim. Bu gün hekayə janrı özü də Novruzəliyə oxşayır. Bu günün ədəbiyyatı poçt insanı yox, post insanı öyrənməlidir. Günün aparıcı janrı hekayə yox, romandır.” kimi fikirlər səsləndirib. Kulis yazıçıların bu məsələ ilə bağlı münasibətini təqdim edir.

Rəşad Məcid

- Bu Əsədin şəxsi qənaətidir. Mənim fikrimcə əsas bədii səviyyədi. İstedadla, peşəkarlıqla yazılmış hər bir əsər janrından asılı olmayaraq rəğbət doğurur. On il əvvəl düşünürdüm ki qalın romanların dövrü keçib. Amma o ərəfədə Turkiyədə səfərdə olarkən Orxan Pamukun "Məsumiyyət muzeyi" romanını aldım, həttə səfər boyu millət vəkilləri və ziyalılardan ibarət heyətimizin iştirak etdiyi toplantılardan yayınıb otağa çəkilir, romanı mütaliə edirdim. Ondan sonra qənaətimin səhv olduğunu anladım. Əksinə indi bəlkə də kiçik həcmli bədii sözün zamanıdı. Necə ki, səviyyəli statuslar insanın beynində ilişib qalır, səviyyəli həkayə də daha çox populyarlıq qazana bilər. Son vaxtlarda oxuduğum hekayələrdən Elçinin, Kamal Abdullanın və eləcə də İkinci Mahmudun "Tanımal" hekayəsini bəyənmişəm.

Şərif Ağayar

- Əsəd Cahangir illərlə div yuxusuna gedir, heç nə oxumur, yerli məhsullara yuxarıdan aşağı baxır. Bu yaxınlarda itələyə-itələyə xoda salmışıq ki, bir bax, gör ədəbi mühitdə nə baş verir, onda da belə... Əzbərlədiyi iki-üç terminlə guya ədəbi mühitin gələcək orientasiyasını cızır. Hekayə yazmaq olmaz, poçt yox, post insan dövrüdür, hamı romana keçməlidir. Bu nə cəfəngiyatdır? Dünyada roman janrının daha aktual olduğunu hamımız bilirik, daha bu tonda “ayələr gətirmək” nəyə lazımdır? Poçt sözü post sözünə oxşayırsa hekayə yazmaq olmaz? Elə bil molla yas yerində ramazan fitvaları verir. Belə haramdı, belə müstəhəbdi, belə vacibatdı. Bunlar yaradıcılığı uşağın şeyiylə oynamasına döndəriblər eee... Tənqidçinin yazıçıya göstəriş verməsi hardan çıxıb? Elə yazma, belə yaz, onu yazma-bunu yaz, onu yazıb bunu yazmırsansa müasir zamanla ayaqlaşa bilmirsən... Adama deyərlər, çəkin ağırdı, bu daş-bu tərəzi, götür, yaz, göstər. Danışmaq asandı, praktiki iş görəndə ağ saçla, qara saç bəlli olur. Tənqidçi mətni təhlil edib dəyərləndirməlidir, yazıçıya ağıl öyrətməli deyil. Hələ bir aşağılamaq, yerli-yersiz istehza etmək ola. Bizdən heç nə çıxmazmış! Gülüm bari! Təslimiyyətə çağıran bu məğlub ruh halı devalvasiya dövrünün istənilən adamında var, bunun üçün ağır terminlərlə silahlanmağa gərək yoxdur. Uzun müşahidələrimin nəticəsidir: son illər Əsəd Cahangirin yeni dövr imzalarının yazdığı əsərlərə səmimi qəlbdən sevindiyini görməmişəm. Hər bir məğlubiyyət onu xoşbəxt edir. Azca işıq gələn yerəsə barmaq tıxamaqda yubanmır. Onun “Urra!” deyə təqdim etdiyi mətnlərdə isə hökmən və hökmən sənətə dəxli olmayan maraqları vardır. Bunu hamı bilir. Adam prinsipsizlikdən əziyyət çəkir. Misal üçün, “Əkrəm Əylisli heç nədir, gedin Səxavət Talıblını oxuyun” - kimi... Əsəd niyə belədir? Əslində cavabı bilirəm, amma bu barədə yazmağa vaxtım və həvəsim yoxdur. Gələcəkdə baxarıq... Məncə, onun dediklərini ciddiyə almaq olmaz.

Mübariz Örən:

- Ümumiyyərlə, Əsəd Cahangirlə olan söhbətdə maraqlı məsələlərə toxunulub və razılaşdığım məqamlar da çoxdur. Lakin konkret sizin qoyduğunuz suala gəldikdə qəti razılaşmıram. Necə yəni, indi hekayə vaxtı deyil. Və necə yəni Rafiq Tağı heç nəyə nail olmadı (Fikir təxminən beləydi, yanıla bilərəm). Bədii mətn yaranırsa, janrın böyük bir təfavütü olmamalıdır. Hekayə var bir romanın yükünü daşıyır və əksinə. Söhbət burda ustalıqdan gedə bilər. Hekayə hər hansı bir ideyanı çatdırmaq üçün çox optimal variantdır; oxucu da daha az vaxt kəsiyində öz "şirəsini" çəkə bilir.

Alpay Azər

- Əsəd Cahangirin dediyi kimi, hekayə janrının öldüyünü deməzdim. Amma fakt budur ki, bu gün dünyada statistik hesablamalara görə daha çox roman oxuyurlar, nəinki hekayə. Bunu da təhlilçilər oxucunun bir ovqata köklənmək istəməsi ilə əlaqələndirir. Yəni müasir oxucu müəllifin bir əsərinin, konkret yazdığı romanın ovqatında olmaq istəyir. Nəinki onun ayrı-ayrı hekayələrinin ovqatında olmağı. Bizdə hekayə ölməyib. Hekayə yazılır, hətta həddindən çox yazılır.

# 2492 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər