Sevilməyən bədənlərdə yad gözlərin izi – ŞEİRLƏR

Sevilməyən bədənlərdə yad gözlərin izi – ŞEİRLƏR
28 aprel 2016
# 13:15

Kulis.Az Seyid Aynurun şeirlərini təqdim edir.

Xatırlayır sevgilisinin.....

Evin ortasında paslı vedrə,

ayaq üstə dayanmış papaqsız kişi-

bir əlində qarmaq.

hər gecə asır özünü,

inəyin boynuna bağlanmış çatıdan

Krişnanı arzulayan qadın.

Yağır evinə yağış,

deşir başını damcılar

xatırlayır qırçı sevgilisinin

“daha bir də çətin dama” deməsini,

anlayır yenə aldadıldığını.

Tökülür su,

Dolur vedrə

Hər musson mövsümü

Təkrarlanır olanlar.

Uşaqtək ağlamsınır hindli qadın

Çiynini çəkir yarıəfsanə ər,

Və can verir vedrədə ala balıq.

Hayku

Salxım söyüdlər,

Əl açan dilənçi qız

“Elmlər metrosu”.

***

Ağappaq əllər,

Eyvanda əriyən qar-

Yaz ayrılığı.

***

Su zambaqları,

Ümumxanada körpə

Lilli su, yağış

***

Bələnmiş körpə,

Yaylığa bükülü baş

Oyanmış miqren.

***

Sevgi oyunu,

Kürü qoyan balıqlar

Xəlbir gözlü duş.

***

Cırcıramalar,

Dilə gəlmiş vicdanım

Pozulmuş yuxu.

***

“Sən”-“O”:
Lal divarlar,
utandığından gözlərini yummuş çilçıraq,
bir fincan qəhvə-
içinə şəkər əvəzi gülüş qatılmış.
“Sən”-“O”:
Vanna otağının tərli kafelləri,
üzlü pərdələrin
gizlətməyə çalışdığını hayqıran vicdanlı pəncərələr,
doğulmayacaq körpə.
“Sən”-“Mən”,
“Ər”-“Arvad”:
orta statistik ailə olmağı bacarmayanlar.
Sevilməyən bədənlərdə əllərin yox,
yad gözlərin izi qalır.

***

Sevginin dilində çırtlamaq

divanda oturmaqla olmur

düş həyətə,

ətrafa bir bax!:

bəlkə, sənin tək

günə baxan tənha birisi var.

***

Qeyşasayağı

Sübh tezdən qarğalar,

pəncərəmə qonub

söz açdı xəyanətdən.

yenə səni yoldan çıxartdı

üzünü Qeyşasayağı kirşanlayan ay.

Mən isə inanmışdım

Zülmət gecələrin sadiqliyinə

Qapı cırıltısı,

Küləyin pıçıltıya bənzər

dedi-qodusu

Yenə oyuna saldın məni,

Sən ey yalan mələyi, Vilial!.

# 3313 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər