Vahidin Cümhuriyyət ordusunun - ƏLEYHİNƏ ŞEİRİ

Vahidin Cümhuriyyət ordusunun - ƏLEYHİNƏ ŞEİRİ
2 iyun 2014
# 12:36

1918-ci ildə yeni yaranan Azərbaycan Milli Ordusunun ikinci piyada diviziyası Xaçmazda yerləşdirilmişdi.

Ərzaqla, geyimlə pis təmin olunan əsgərlər qaçıb dağılırmış. O vaxt gənc şair olan Əliağa Vahidi Xaçmaza göndərirlər ki, əsgərlərin qaçmaması üçün təbliğat aparsın. Əliağa Vahid də Xaçmaza gəlir, əsgər və zabitlərin güzəranı ilə tanış olur və şahidi olduğu faktlardan “Meyxana” adlı şeir yazır.

“Meyxana”

(1918-ci ildə Müsavat əsgərlərinin acınacaqlı vəziyyəti haqqında deyilmişdi)

Hər kəs olur əsgər ilə zidd, döyür,

Baş çavuş şeytanlayır, zabit döyür,

Zalımın oğlu elə bil it döyür;

Canı çıxıncan, necə bəs dolansın?

Əsgərliyə düşməyibdir Təhmasib,

Milyoner oğludur, deyildir kasıb;

Altıca min doktora rüşvət basıb,

Kasıb lüt-üryan necə bəs dolansın?

Gəncəyə get, xəstəxana qapısın aç,

Xəlvətə sal, azarlını götür, qaç!

Yoxsul olan xəstəyə baxmır vraç,

Yazıq verir can, necə bəs dolansın?

Qız kimi zabit bəzənibdir özü,

Çarıqlı əsgərləri görmür gözü.

Əsgər əgər söyləsə paltar sözü,

Baş, göz olur qan, necə bəs dolansın?

Desək əgər az qalıbdır ilimizə,

On bir aydır ət dəyməyib dilimizə;

Bir yekə daş bağlanacaq belimizə,

On altı batman, necə bəs dolansın?

Dərdini insan necə bəs açmasın?

Əzəldən pisdir havası Xaçmazın,

Əsgər it oğlu neyləsin, qaçmasın,

Ölür soyuqdan, necə bəs dolansın?

Qızıl da yoxdur ki, sataq sərrafa,

Undan ötrü yalvarırıq əllafa,

Məhəllə baqqalı gəlmir insafa;

Yoxsul acından necə bəs dolansın?

Bir evimiz var, qapıda yox zamok,

Hay deməmiş, Dum da gəlir: “ver naloq!”,

Nə pul vardır, nə şey var, qoyar zaloq,

Bu evi viran, necə bəs dolansın?

Kasıb avamdır, nə desən allanar,

Varlıya dəymə, sımsığı sallanar,

Bəs bizim axır bu yazıq mollalar,

Olmasa ehsan, necə bəs dolansın?

Bir kişi gördüm ki, deyir maşında,

(Olardı, əlli-əlli beş yaşında,

Raboçilər əyləşsə iş başında –

Sahibi milyon, necə bəs dolansın?

Dövlətlilər bir ev tikib kiracdan,

Kasıblara olmayırlar qracdan.

Çaxır butulkasın asıb ağacdan,

Gündə lül-piyan, necə bəs dolansın?

Qeyd: Şeir Şəmistan Nəzirlinin “Arxivlərin sirri açılır” kitabından götürülüb.

# 4933 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər