Nobelin sahibi kim olacaq?- Bukmekerlərin rəyi

Nobelin sahibi kim olacaq?- <span style="color:red;">Bukmekerlərin rəyi
4 oktyabr 2016
# 16:47

2016-cı il Nobel mükafatının Tibb və Fizika üzrə sahibləri artıq bəlli olub. Bəs görəsən Ədəbiyyat üzrə Nobel mükafatı qalibi kim olacaq? Nobel Komitəsinin rəsmi saytında Ədəbiyyat üzrə Nobel mükafatçısının qalibinin elan olunacağı günün hələ dəqiqləşmədiyi barədə məlumat yerləşdirilib.

Bukmeker kontorları isə hər il olduğu kimi öz Nobel Ədəbiyyat mükafatına pul qoyuluşlarının əmsallarını açıqlayıblar. Siyahıya hər il olduğu kimi bu il də 6 əmsalla yapon yazıçı Haruki Murakami başçılıq edir.

İkinci yerdə 7.5 əmsalla suriyalı şair Adonis dayanır.

Müvafiq olaraq növbəti yerlərdə Keniyalı yazıçı Nquqi va Thionqo (11), amerikalı yazıçı Filip Rot (13), alban yazıçı İsmael Kadare (17), argentinalı yazıçı Sesar Ayra (17), amerikalı yazıçı Coys Kerol Oats (17.5), Norveç yazıçı Con Fosse (21), Daniel Kahneman (21), yəhudi yazıçı Abraham İeqoşua (23) dayanır.

Siyahıda Avstriya yazıçısı Peter Hendke 51 əmsalla 31-ci yerdə, hind əsilli Britaniya yazıçısı Salman Rüşdü 67 əmsalla 53-cü yerdə, Çex yazıçı Milan Kundera isə 81 əmsalla 74-cü yerdə qərar tutur.

Xatırladaq ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatını nsahibi Belarus yazıçı Svetlana Aleksieviç olub.

# 2071 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər