Bəlkə artıq şəhəriniz olar yaşamağa - ŞEİR

Bəlkə artıq şəhəriniz olar yaşamağa - <span style="color:red;">ŞEİR
18 fevral 2018
# 16:21

Kulis.az gənc şair Malik Atilayın şeirlərini təqdim edir.

Ayrılığın paytaxtında sərgərdan

Sən məni anlamazsan, gözəl gözlüm

Sonluğu olmayan kitabam sənə

Mən nə sual kimi sualam indi

Nə də cavab kimi cavabam sənə.

Sümüyünə düşməyən küskün havayam

Baxıb anlamadığın hansısa şəkiləm

Rənglə, boyayla yox

Ümidsizliklə çəkilmiş şəkil…

Bənd olur insan bəzən anlamadığı adama

Sən məni sevsəndə özündən çıxa bilməzsən

Qorxu filmindən bir kadrdır həyatım

Gəlib yetişdiyimiz bu yolun hər tərəfi ayrılığa aparır

Mən sərgərdan qalmağa öyrəşmişəm

ayrılıqların paytaxtında

Sən məni unut gözəl gözlüm

Necə ki, yuxularını unudursan

Necə ki unudursan hər yox olanı.

Bəlkə…

Bəlkə artıq şəhəriniz olar yaşamağa,

Küçələrində rəqs edib,

Ləpədöyənində yalnızlığı döyəcəyimiz bir şəhər…

Bəlkə artıq küçəniz olar

Divarlarına güllər çəkilmiş,

Binaları arzularımız kimi

Üstümüzə uçmayacaq bir küçə…

Bəlkə artıq ümidiniz olar

Dərsi bilməyən uşağın

Qorxu sarmış ürəyinin küncündəki

Kiçik bir ümid boyda

Xırda lap xırda…

Bəlkə artıq səhəriniz olar

Qayğısız,

Uşaqların səsində itib-batan

Dodağı təbəssümə bulaşmış bir səhər…

Bəlkə artıq azadlığınız olar yaşamağa.

Rus gitarası

Külək budaqlara sığınan zaman

Qərib – qərib gəzən sərsəri şaxta

Bir yetim canında qızınan zaman

Sən evdə əllərin başının altda,

İsti yatağında yuxulayırsan…

Çox-çox uzaqlarda, bir uşaq öldü

O körpə öləndən kimsəsiz qalıb

Oyuncaq meymunla şəkilli fincan…

Şəhərin qaranlıq bir küçəsində

Tələbə soyuldu,

Cibindən çıxan

Üç manat on qəpik bir də metrokart…

Yatmışdın, xəbərin olmadı sənin

Bu soyuq gecəni səhərə kimi

Ovutmaq istədi rus gitarası.

Darıxmaq adətdəndir

Pəncərədən boylanan qadın,

Bilmir kimin yolunu gözləyir bu gecə vaxtı

İşıqlarından həsrət yağan şəhərdə darıxmaq adətdəndir

Və hər bir yalnızlığa səbəb olan adamlar var

Gecənin ətəyini kirpikləriylə qaldırır qadın…

sim-sim.az

Image result for malik atilay

# 2358 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər