Tanınmış aparıcı: “Azərbaycan ədəbiyyatından uzaq düşmüşəm”

Tanınmış aparıcı: “Azərbaycan ədəbiyyatından uzaq düşmüşəm”
14 oktyabr 2015
# 11:27

Kulisin kitabla bağlı suallarını tanınmış aparıcı Könül Arifqızı cavablandırır

- Nə oxumusnuz və oxuyursunuz?

- Bədii ədəbiyyat həmişə aktual olub mənimçün. Orta məktəbdə bizim yazarlarla yanaşı Jul Vern, Ata Düma, Konan Doyl və başqalarının əsərlərini xatırlayıram. İndi də vəziyyət pis deyil. Sentyabr ayında oxuduqlarım hələ ki, Dostoyevski, Jeyne Austen və Milan Kundera olub. Hal-hazırda balaca kitab var əlimdə: Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsəri...

- Sizcə aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır, bilmirəm. Onun dərəcəsini təyin etmək çətindir. Amma mütaliəsi olmalıdır.

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aparıcılar sözü, vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

- Aparıcının sözü, vurğunu düzgün deyə bilməməsi həm də o kadrı hazırlayıb, yaxud da hazırlamayıb efirə buraxan insanların məsuliyyətidir. Ümumiyyətlə isə, hər hansı bir mövzuda danışmaq üçün mütləq hazırlaşmaq lazımdır. Bunun əksi anormaldır.

- Türkiyədəki tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Türkiyə aparıcılarının ciddi mütaliəsi haqda haqda heç bir məlumatım yoxdur. Təəssüf. Amma mən bu mənzərəni daha çox rus kanallarının erudik və maraqlı aparıcılarında müşahidə edirəm və zövq alıram.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Bilmirəm. Amma mütaliə ənənəsi həqiqətən yox həddindədir. Onu bir dəb kimi gündəmə gətirmək və təşviq etmək lazımdır. Və ən əsası bunun yollarını tapmaq lazımdır.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, hekayə, nağıl, ən azı status-SMS...

- Yox (gülür). Söhbət bədii nümunədən gedirsə, heç vaxt heç nə yazmamışam. Status və SMS sayılmır (yenə gülür). Heç sınamamışam da. Məncə, belə şeylər vergi kimi olur. Ya var, ya yoxdur.

- Yeni mahnıların sözləri sizi qane edirmi?

- Yeni mahnılarda və ümumiyyətlə mahnılarda heç vaxt dərin fəlsəfi məzmun axtarmıram. İki-üç dəqiqə ərzində hər hansı pop-estrada nümunəsindən dinləyicinin gözlədiyi sadə, anlaşıqlı və rəvan düzülmüş sözlərdir. Heç keçmişdə yaranan mahnıların da hamısının mətnləri fantastik deyildi ki. Bir də baxır musiqinin janrına. Bu əgər rok nümunədirsə, orda həqiqətən podtekst, söz oyunu və dərin məzmun eşitmək istəyirsən. Yaxud sosial mesajlar və insani tərpədən və düşündürən fikirlər. Misal üçün, Zemfiranın mətnləri çox möhtəşəmdir. Qalan bütün hallarda bayağılıq, məntiqsizlik və əttökənlik istisna olunmaqla mətnlər keçərlidir.

- Şeir əzbərləyirsiniz heç?

- Çox yox. Yadımda saxlaya bilmirəm. Müşfiqin, Nazim Hikmətin, Musa Yaqubun, Bəxtiyar Vahabzadənin, Hüseyn Cavidin bir meçə misrasını bilirəm...

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Son zamanlar Azərbaycan ədəbiyyatindan təəssüf ki, uzaq düşmüşəm. Əvvəllər oxuyardım. Amma özümə soz vərmişəm İsa Mugannanın əsərlərini tapıb oxuyacam.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Sevdiklərim Bulqakov "Master və Marqarita", Herman Hesse "Muncuq oyunu", Remark "Üç yoldaş", Dostoyevski "Cinayət və cəza" və s.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Heç kimi..

- Svetlana Aleksieviçi tanıyırsınız?

- Svetlana Aleksieviç, zənnimcə bu ilin ədəbi hadisəsidir.

- Sizcə, niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Əlbəttə ciddidir. Amma ümid edirəm ki, müvəqqətidir.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Yalnız Quranı... Müxtəlif tərcümələrdə...

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Kitab insanın hisslər, duyğular və fikirlər palitrasını zənginləşdirən və şəxsiyyəti formalaşdıran ən böyük mənbədir. Daha məntiqli düşünür və insan xarakterlərini, psixologiyasını ayırd edə bilirsən. Həyatı azca da olsa dərk edirsən. Bunu istəyən hər bir kəs ağıllı müəlliflərin kitablarından yapışsın.

# 2628 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər