Köhnə qlobusu qucaqlayıb deyirəm:  “Mən Sizi sevirəm” MƏTN

Köhnə qlobusu qucaqlayıb deyirəm:  “Mən Sizi sevirəm” MƏTN
15 avqust 2014
# 14:41

Kulis.Az rus şairi Pyotr Veqinin (1939-2007) şeirini Könül Həsənqulunun tərcüməsində təqdim edir.

Gecə kürəyi-üstə uzanıb ulduzlara baxanda

Sizi necə sevdiyimi dərk edirəm

Eynən uşaqlar karameli çevirdiyi kimi

Mən də eləcə çevirirəm ağzımda

Bu üç şirin sözləri:

“Mən Sizi sevirəm,

Mən sevirəm Sizi,

Sizi mən sevirəm...”

Nəyə görə? – Mənə yanar köz uddursalar da belə

Yenə də deyə bilməzdim – sevginin niyəsini

Çünki mənim

Bu haqda düşünməyə vaxtım olmayıb Sizə aşiq olanda

Bir də

Sizin üzünüzdə göz yaşıyla birgə

Eyni zamanda

Təbəssüm də görəndə

Mən Sizə heç nə deyə bilmirəm

Çünki ayırd edə bilmirəm – Siz təbəssümünüzü itirirsinizmi

Yoxsa ki ağlamağı kəsirsinizmi?

Və yenə bu üç söz mənim

Qırtlağımı və ruhumu cırmaqlayır: ”Mən Sizi sevirəm”.

Daha Sizə nə deyim –

Sizin bu gözü yaşlı təbəssümünüzə?

Mən çox güman ki

Eyni sözləri təkrarlayan zavod oyuncaqlarına

Oxşayıram

Bəlkə Siz də məni sevəcəksiniz haçansa

Ancaq indi bu haqda deyil mövzum. İndi

Ulduzlardan yanıb-alışan köynəyim əynimdə

Cırıldayan taxta pilləkənlərlə yuxarı qaçıram

Orda

Şeirlərimin-romanlarımın qaralamalarından

Dolub-daşan otağımda mən

Xəzan qoxan

Köhnə qlobusu qucaqlayıram

Və yanağımı Sakit okeana söykəyib bu sözləri təkrarlayıram:

“Mən Sizi sevirəm”

Axı mənim başqa fürsətim yoxdur ki

Gülümsəyən və yanağı göz yaşıyla islaq

Ərköyün uşağa bənzər bu Bəşəriyyəti

Bütövlükdə qucaqlayıb söyləyim:

“Mən Sizi sevirəm. Hər şey yaxşı olacaq.

Günəş doğmadan

Nələr doğar...”

# 3090 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər