Bu gen dünyada heç nə dəyişməyib – Ömər Xəyyam yazır...

Bu gen dünyada heç nə dəyişməyib – Ömər Xəyyam yazır...
31 may 2019
# 15:42

Kulis.az Ömr Xəyyamın “Metamodernizm və mətn” yazısını təqdim edir.

Yazıçı əndirabadi ədəbi bölgüləri aşmalı, öz fikrini, fantaziyasını, xatırlamalarını-sayıqlamalarını xətkeşin ağzından almalı.

Ümumiyyətlə, belə ölçülər bir işə yaramır.

Belə ölçülər yazıçını məşğul etməməli.

Biri var yazmaq, biri var yazı haqda danışmaq.

Bu intelektuallığın faydalı iş əmsalı sıfır.

"İzm"lərdən yapışmağın, ədəbi statistik bilgilərlə baş qatmağın mətnin özünə heç bir faydası yoxdur.

Məzmun yox, üslub önəmli.

Fəqət yazıçı basmaqəlib məzmun-ideya psixozundan arınıb da, illah, bir “izm”in hüdüdlarında yazmamalı, bir növ, öz fikrini, fantaziyasını, xatırlamalarını-sayıqlamalarını “izm”ləşdirməməli.

Ədəbi cərəyanlar, ədəbi cərəyanların tarixi, mətnləri zamana görə saf-çürük etmək, onları alt-alta, üst-üstə sadalamaq ədəbiyyatşünasların, tənqidçilərin işidir. Ki, bu işin də, - yenə deyirəm, mətnin özünə heç bir dəxli yoxdur.

Yazıçı mətnin əmələgəlmə prosesində “izm”ləri unutmalı, basmaqəlib çərçivələri aşmalı, “Mən postmodernist mətn yazacam”, “Mən metamodernistəm”, “İndi dünyada modern mətnlər aktual deyil” – bu dəmdəməki düşüncəni qafasından qovmalı, sözün özünün diktəsiylə mətni qurmalı.

Əlbət, bu gen dünyada, bu qoca Günəşin altda yeni heç nə yoxdur. Olan da, ölən də sözdür və biz indi haman köhnə sözü mahiyyətcə eyni olsa da, formaca ayrı cür yazmaqla məşğuluq.

Hər yazıçıya bir mətn üçün iki-üç cümlə gəlir. Diqqətli oxucu bu ilahi söz payını bir hekayənin, bir romanın içərisində apaydın görür. Mətnin qalanı yazılmışın, deyilmişin redaktəsidir.

Bu gen dünyada, bu qoca Günəşin altda mahiyyətcə heç nə dəyişməyib. Dəyişən formadır.

Bu günün qələmi də olanı, öləni mahiyyətcə eyni olsa da, fərqli formada yazır.

Fəqət, zamanla mətnlər sintetikləşir, texnikiləşir.

Bu “izm”ik mətnlərdə sözün enerjisi yoxdur.

Quruca hərflər... Qupquru...

Texnoloji tərəqqi, mobilləşmə, robot... – dünyada trend mövzudur. Əlbət, olan hər şey sözdürsə, olan hər şeydən yazmaq olar, ancaq ədəbiyyat indiki zamanda yazılırsa, indiki zamanı yazırsa, avtomatik texnikiləşir.

Ədəbiyyat xatırlamadır, xatırlatmadır... Bu yerdə ustad sözünü xatırlayıram: “Biz öyrənmirik, xatırlayırıq...”

Əslində, bir başqa mövzu haqda yazmalı idim, məni bura Söz gətirdi.

Yazmalı idim ki, bədii mətnin işi “nə” yox, “necə” olmalı.

“Nə mesaj verib?”, “Siyasi-ictimai hadisələrə reaksiyası necədir?” – hə, buyur, iki primitiv oxucu ölçüsü.

Məsələn, şair Rasim Qaraca deyir ki, əsas ideyadır.

Məsələ odur ki, əksər yazıçılar və oxucular belə düşünür.

Ədəbiyyat məndən ötrü bədii-estetik zövq məsələsidir, əllə toxunulmayan, gözlə görülməyən şeylərin yanına uçmaq, o məchul-mübarək aləmi söz-söz seyr etmək...

ardı var

# 4258 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər