Elçin: "Əkrəm Əylislinin anası" MƏTN

Elçin: "Əkrəm Əylislinin anası"  <span style="color:red;">MƏTN
11 avqust 2014
# 11:35

Kulis.Az Xalq Yazıçısı Elçinin "Əkrəm Əylislinin anası" essesini təqdim edir.


Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara? O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən? Kiçik, amma səssiz-küysüz, rahat və xudmani «Dupleks» otelinin beşinci mərtəbəsindəki səliqəli otağın pəncərəsindən Eyfel qülləsinin soyuq dəmirləri görünür, mən isə, sübh tezdən gözlərimi açıb birdən-birə o gözəl Əylis kəndini, o gözəl Əylis kəndində Əkrəm Əylislinin qoca anasını yadıma salıram.

Niyə?

Bilmirəm...

Təxminən on il bundan əvvəl idi, Naxçıvana getmişdik, oradan Ordubada qalxdıq, səhər-səhər də Əylisə baş çəkdik. Əkrəm Əylisligilin həyətində oturub səhər çörəyi yeyirdik və Əkrəm Əylislinin qoca anası qabağımıza balaca bir qabda ilıq yumurta qoydu və o ilıq yumurtanın dadı indiyə qədər mənim damağımdan çəkilməyib.

Mən hərdənbir bu barədə fikirləşəndə gözlərimin qabağına Əylisin o gözəl bağları yox, buz kimi suyu axan o kəhrizi yox, o dağlar, o çöllər yox, o qoca ananın əlləri gəlir, elə bil ki, o ağaclar da, o dağlar-dərələr, o su, o gül-çiçək də taxta kimi o quru barmaqların bərəkəti, istisi müqabilində susur və xatirəyə gəlməyə ürək eləmir...

O quru barmaqlarda gizlənmiş mehribançılıq, məhəbbət illər keçdikcə hərdən yada düşəndə elə bil ki, daha artıq bir hərarətlə adamın içini qızdırır: adam elə bil ki, o quru barmaqların bərəkətini, nəsə, işıqlı bir varlıq kimi, gözləri ilə görür... Indi də pəncərəmdən Eyfel qülləsinin o soyuq dəmirlərinə baxdıqça mənə elə gəlir ki, o quru barmaqlar nəsə tikəndə də, bişirəndə də, silib-süpürəndə də əslində həmişə bütün ətrafa gizli bir layla deyir.

15 oktyabr 1988

Paris

# 5706 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər