Elçinin ən yaxşı hekayələri SİYAHI

Elçinin ən yaxşı hekayələri <span style="color:red;">SİYAHI
3 fevral 2016
# 12:01

Kulis “Azərbaycanın ən yaxşı hekayəsi” mövzusunda sorğu keçirmişdi. Xalq yazıçısı Elçin məzuniyyətdə olduğu üçün ondan cavab almaq mümkün olmamışdı.

Elçin “Ədəbi düşüncələr” kitabında “Mənim hekayə antalogiyam” adlı yazısı onun seçdiyi ən yaxşı Azərbaycan hekayələrindən bəhs edir. Mövzuya uyğun olduğu üçün yazını təqdim edirik. Bu yazı 1983-cü ildə qələmə alınıb.

Bu gün günorta Yazıçılar İttifaqında partiya iclası gedirdi və mən də - tamam başqa bir aləmdə idim. Fikrimdə hər yazıçıdan bir hekayə götürmək şərtilə “Azərbaycan hekayə antologiyası” tərtib edirdim:

Füzuli – “Şikayətnamə”

Mirzə Fətəli Axundov – “Aldanmış kəvakib”

Cəlil Məmmədquluzadə - “Poçt qutusu”

Əbdürrəhim bəy Haqverdiyev – “Bomba”

Süleyman Sani Axundov – “Qaraca qız”

Abdulla Şaiq - “Məktub yetişmədi”

Süleyman Rəhimov – “Su ərizəsi”

Mehdi Hüseyn – “Rəqiblər”

İlyas Əfəndiyev – “Qırçı və qızıl gül”

İsa Hüseynov – “Plyajda” (“Bir az romantika”)

Salam Qədirzadə - “Xəzan yarpaqları”

Əkrəm Əylisli – “Ürək yaman şeydir”

Anar – “Keçən ilin son gecəsi”

Yusif Səmədoğlu – “Foto “Fantaziya”

Və nəhayət: Elçin – “Parisdə avtomobil qəzası” (Dünən gecə, yəni avqustun 17-də - söhbət 1983-cü ildən gedir - gözəl Şüvəlanda bu hekayənin nöqtəsini qoydum.)

Əlbəttə, bu hekayələrdən biri nisbətən yüksək bədii səviyyədədir, o birisi nisbətən az, amma elə bilirəm ki, bunlar bir yerdə Azərbaycan hekayəsi barədə təsəvvür yaradır.

# 7155 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər