Taleyimi dəyişən müsahibə

Taleyimi dəyişən müsahibə
24 noyabr 2012
# 10:15

Layihə -Ədəbiyyatın kulisi

Professor Vilayət Quliyevin bağı Buzovnada, “Əli ayağı”na gedən yolun sağ tərəfində, o vaxt “Leninneft” adlanan düşərgənin yaxınlığında yerləşir. Bir dəfə ondan müsahibə almaq məqsədilə bağına yollandım, çox yaxşı qarşıladı, tanışlıq verdim, məqsədimi bəyan etdikdən sonra iri kaşılar döşənmiş geniş eyvanda yerimizi rahatladıq, suallarla tanış olduqdan sonra başını qaldırıb üzümə baxdı və dedi: “Hiss olunur ki, ədəbiyyatı çox yaxşı bilirsən, sualların da xoşuma gəldi”.

Bir az ürəkləndim, qəzetdən aralanmışdım, işsiz vaxtlarım idi, bəzi qəzetlərlə əməkdaşlıq edib qonorar alırdım. Vilayət müəllimə radioda işləmək istədiyimi dedim, dedi ki, Mövluda tapşıraram, səni işə götürər. Mövlud Süleymanlı o vaxt AzTV-də radio üzrə sədr müavini idi. Deyəsən evinə zəng elədi.

“Mövlud, yanına bir cavan oğlan gələcək, yaxşı qələmi var, istedadlıdır. Gör orada ona bir iş-zad düzəldə bilərsən?”

Dəstəyin o başından verilən cavab müsbət idi. Vilayət müəllim dəstəyi qoyub gülümsədi: “Həə, işin düzəldi. Günü sabah get yanına.”

O axşam çox şeylərdən danışdıq. Söhbət hərlənib-fırlanıb Buzovnanın tarixi üzərinə gəldi. Yadımdadır, Vilayət müəllim dedi ki, alimlər bu kənddə Tunc və Dəmir dövrünə aid tapıntılar aşkara çıxarıblar, bu da onu göstərir ki, Buzovna olduqca qədim tarixə malik bir yerdir. Ayrılanda dedi ki, səhər hökmən Mövludun yanına get! “Baş üstə!”,- dedim.

...AzTV-nin dəhlizlərində Qulu Ağsəslə rastlaşdım, məsələni ona da açdım, dedi ki, Mövlud müəllim gözəl insandır, keç yanına, sözünü de. Xahişini yerə salmaz.

Mövlud Süleymanlının oturduğu kabinetin ağzında meşin cildli qapı ilə üz-üzə dayanıb tərəddüdlə döyüşürdüm. O gün mən Mövlud Süleymanlının kabinetinə keçib demədim ki, məni Vilayət müəllim göndərib, sakitcənə sivişib aradan çıxdım. İndi fikirləşirəm ki, ağılsız iş görmüşəm. Çox ağılsız...

Amma jurnalist dostum Elton Dünyamalıoğlu AzTV-də Cənubi Azərbaycan redaksiyasının redaktoru Mehman Şəmistanoğluna mənim haqqımda danışmışdı. Üstündən bir neçə gün keçəndən sonra Eltonla rastlaşdım, məni möhkəm danladı ki, bəs niyə onun yanına getməmisən? Bir sözlə, dönə-dönə təkid etdi ki, günü sabah get yanına, nə vaxta qədər işsiz qalacaqsan? Sabahısı günü yenidən AzTV-yə yollandım, qapıdan onun daxili nömrəsinə zəng edib özümü təqdim etdim, mühafizəçiyə tapşırdı ki, məni buraxsın. Qolumda saat vardı. Yadımdadır ki, aktrisa Hicran Nəsirova da gözləmə otağındaydı və məndən soruşdu ki, bağışlayın, saatınız neçədir? Bu detal aradan 15 il keçməsinə baxmayaraq hələ də hafizəmdən silinməyib.

Beləcə, bir müddət o redaksiyayla kənar müəllif kimi əməkdaşlıq etdim.

Vaqif Bayatlı mənim Eldar Baxış haqda yazımı oxumuşdu. Elə həmin günlərdə rastlaşdıq, yazını xeyli təriflədi və dedi ki, heyif, “Xəzər” jurnalı çətinliklə çıxır, yaxşı maaş verə bilmirik, yoxsa səni işə götürərdim. Sən çox istedadlı oğlansan. Təsəvvür edin, ən çox sevdiyim şairlərdən biri mənim yazımı tərifləyir, haqqımda xoş sözlər deyirdi. Özümü o qədər xoşbəxt hiss etdim ki!

Sonra uzun bir fasilə yarandı. Jurnalistikadan aralandım. Kənddəki həyətimizdə atamla birgə təsərrüfatla məşğul oldum. Sonra hərbi xidmətə yollandım. Qayıdandan sonra “Sənət qəzeti”ndə, daha sonra isə “Ədalət” qəzetində çalışdım. Bu vaxtlar artıq ədəbi mühitdə tanınırdım.

İndi o günlər mənə yuxu kimi gəlir. O vaxt indiki kimi rahat deyildim. Çox gərgin, narahat, sıxıntılı günlərdi. Bu gündən sabaha gümanım yox idi. Amma yazmaq həvəsim sonsuz idi. Məni bəlkə də elə bu yazmaq ehtirası xilas etdi... Yoxsa həyatın dibi qollarını açıb məni dibinə gömməyə hazır idi...

# 4615 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər