Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ
24 sentyabr 2017
# 16:45

Kulis.az yazarların sənət və yazmaq haqda fikirlərini təqdim edir.

Zadi Smit

”Sənət”inizi romantikləşdirməyin. Ya yaxşı cümlə yaza bilərsiniz, ya da bilməzsiniz. “Yazıçıların həyat tərzi” anlayışı yoxdur. Hər şey kağıza nələr yazmağınıza bağlıdır. İnternetlə əlaqəsi olmayan kompüterdə işləmək daha faydalıdır”.

Anton Çexov

“Mənim təcrübəm budur: bir hekayə yazanda əvvəlini və axırını xətləmək lazımdır. Biz yazıçılar ən çox oralarda yalan danışırıq”.

Ernest Heminquey

“Yazımın qidalandığı qaynağı əsla “susuz” qoymamağı, dibində azca qalanda onu dondurmağı və onu bəsləyən baharın gecələri yenidən canladırmağa icazə verməyi öyrəndim”.

F. Skott Fitzcerald

“İşə bir insanla başlayın, fərqinə varmadan obraz yaratdığınızı görəcəksiniz. İşə bir obrazla başlayın, heç nə yaratmağınızı görəcəksiniz”.

Rey Bredberi

“Çalışqan insan uğursuzluq yaşamaz. Fövqəladə yazıçı olmaya bilər, amma dayanmadan işləsə, yazıçı kimi karyera qura bilər”.

Qustav Flober

“Yazı yazma sənəti inandığını kəşf etmək sənətidir”.

Marqaret Etvud

“Öz əsərinizi əlinizə aldığınız yeni kitabın səhifələrindən gələn o ilk ləzzətlə və məsum gözlənti içində oxuya bilməzsiniz. Çünki o kitabı siz yazmısınız. İşin pərdə arxasını bilirsiniz. Dovşanın papaqdan necə çıxdığını görmüsünüz. Amma kitabı çıxarmamışdan əvvəl dostlarınıza oxudun – sevgilinizə oxutmasanız yaxşı olar”.

Coan Roulinq

“Hekayə yazmaq istədiyim üçün yazmaq məcburiyyətindəyəm. Onları heç vaxt 8 yaşlı uşağın məntiqi ilə yazmamışam. Yazmaq istədiyim formada hekayəni davam etdirirəm”.

Stiven Kinq

“Oxumaq üçün vaxtınız yoxdursa, demək, nə yazmağa materialınız, nə də vaxtınız var”.

Herman Melville

“Mükəmməl kitab yazmaq istəyirsinizsə, mükəmməl bir mövzu seçməlisiniz.”

# 20995 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər