Bütün ataları övladları öldürür-YENİ ŞEİRLƏR

Bütün ataları övladları öldürür-YENİ ŞEİRLƏR
11 iyun 2014
# 10:36

Bu günlədə Qəşəm Nəcəfzadənin “Adı Qəşəm” şeirlər kitabı çap olunub. Topluya şairin son illər yazdığı şeirlərin bir qismi daxil edilib.

Kulis.az bu kitabdan bir neçə şeiri oxuculara təqdim edir.

Ata

Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim

Adına şeir yazardım hətta.

Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana

Yadıma salardım

O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı,

Mən də onun baxışlarını könlümə elə yazardım.

Sizə iki şeir yazdım, oğlanlarım

Birini uşaqlığınıza,

Bunu da böyüklüyünüzə...

Birini qucağıma alanda

Birini də qucağımdan düşürəndə...

Mən dəqiq bilirəm,

Bütün ataları övladları öldürür

Bunu bilirsinizmi, siznənəm, eyy

Hə, siznən

Onnan

Sənnən...?

Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur.

Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqabılarını

Qapıda görməyəcəksiniz?

Ən birinci qapıdan ayaqqabılar yığışdırılır,

Adamı yaman yandırır ayaqqabı yeri...

Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur...

Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.

Yuxudan tez durardım ki, atamı çox görüm

Başdaşı üçün şəkillərinə baxmazdım...

Öləndən sonra şeirlərini oxumazdım

Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danışmazdım....

Şeirimə bax, şəklimi əzbərlə…

Getdim uzaqlarda səni çağırmağa

Yaxında olanda səsim ancaq bir santimetr uça bilir

Eşitmirsən...

Görən uzaqlarda necə görünür şəklin…

Necə səslənir adın?

Getdim uzaqlardan səni çağırmağa

Görüm aramızda

Neçə hecadır kilometrlər.

Necə qafiyələnir buludlar, yollar

Ağaclar və küləklər…

Getdim uzaqlardan səni çağırmağa

Tökülsün səsimdən soyuqdəymələr

İncimələr

küsüşmələr…

Getdim uzaqları sənə sevdirməyə.

Eşitdiyimə görə, çoxdandı şəklimi oxumursan

İndi şeirimə bax,

Şəklimi əzbərlə.

Hələ yaxından gələn görməmişəm

Gələn uzaqdan gəlir…

Getdim uzaqdan gəlməyə.

Yadındadı,

Ürəyinə keşikçi dayanmışdın…

Sən bu tərəfdən gözləyəndə,

Mən o tərəfdən gəldim!

Mənim balam, nəfəsini gey əyninə istilən

Amerika külək əsir
Şərq oxuyur
Qış-qış
Xaş-xaş
Xəş-xəş
Amerikanı görmüsənmi, Əliş əmi
Görüb salam vermisənmi, Əliş əmi.
Mən ölüm düzünü de…

Rusiya əsir
Əsir Rusiya
Havası ölkələrin
Burnundan gəlib keçir vız
Vız-dız
Cız-bız
Mız-mız
İraqda siyasət əsir
Güllələr uçur uşaqları qızdırmağa
Qız balam
Qız balam

Gecə-gündüz ot daşıyan, Əliş əmi
Külək olub od yaşayan, Əliş əmi
Nə var, nə yox?
Oğlun öldü gələ bilmədim
Mən də öləndə
Sən gəlmə
Mən belə əclafam

İsrayil sazaq əsir
Mənim balam, nəfəsini gey əyninə istilən
Bu da sonuncu
Kilim
Sonuncu palaz
Az-maz
Namaz
Qafqaz
Qapaz
Yenə televizorda
Siyasətçilər
Xəbərçilər
Atətçilər
Arsız
Abırsız
Həyasız
Həyasız
Anasız
Bacısız
Ağrısız
Acısız
Onsuz
Bunsuz
Sənsiz
Mənsiz
Yönsüz
Sözsüz
Yüz
Süz .

# 4134 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər