“Yazı”nın yeni sayı çap olundu

“Yazı”nın yeni sayı çap olundu
25 iyun 2015
# 09:35

“Yazı” ədəbiyyat dərgisinin 14-cü sayı işıq üzü görüb.

Dərginin baş redaktoru Azad Qaradərəlinin Kuliəs verdiyi xəbərə görə bu saydakı “Sözümüzün yiyələri” rubrikası görkəmli yazıçı Sabir Əhmədlinin 85 illiyinə həsr olunub. Burada Sabir Əhmədli haqqında qələm dostlarının və ardıcılları olan gənc yazıçıların, habelə ziyalıların fikirləri, “Yasaq ədəbiyyatın yaradıcısı” adlı ayrıca esse və Sabir Əhmədlinin “Yazılmayan yazı” romanının davamı verilib.

“Bir kitab şeir”də Esmira Məhiqızının şeirləri yer alıb.

“Həsr” bölümündə Rövşən Yerfinin “Qazamat sanitarları” adlı uzun hekayəsinin əvvəli, Qan Turalı, Şəmil Sadıq, Rəşid Bərgüşadlı, Bəxtiyar Hidayət, Vahid Məhərrəmlinin hekayələri və Azad Qaradərəlinin “Şüşə ev” romanının əvvəli çap olunub. “İlk addımlar”da Kamil İlqar, Oğuz Ayvaz, Xan Abdulla, Gülşad Quliyeva, Ramil Mərzili və Nilufər Şıxlının, “Yaradıcılıq Emalatxanası” rubrikasında BSU Yaradıcılıq Fakültəsinin tələbələrindən Vəli Efe, Günay Həsənli, Aynur Sultanova, Çinarə Omray, Şəhriyyə Qəzənfərqızı, Azər Rəşidoğlu və Vüsalə Süleymanın yazıları ilə tanış olmaq olar.

“Dramaturgiya” başlığında Sevinc Elsevərin “Həyat elə bir oyun ki...” mono-pyesi, “Güney sovqatı”nda təbrizli şairə Ruqiyyə Səfərinin şeirləri, “Avropadan yazırlar” bölməsində Vahid Qazinin “Əraf” hekayəsi və Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanından parça verilib.

Dərginin “Çevirmə” bölməsində Q.Q.Markes, L.Tolstoy, Fazil

İskəndər, Özdəmir Asəf, M.C.Anday, C.Sürəyya və S.Yalkından çevirmələr dərc olunub.

“Zahir Əzəmət – 40” isə son illərin parlaq imzalarından olan şair və naşir Zahir Əzəmətin 40 yaşına həsr olunub. Burada şairin maraqlı şeirləri yer alıb.

“Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin sonu, “Uşaq guşəsi”ndə məktəbli yazar Nigar Mübarizqızının “O, qarı sevmirdi” hekayəsi verilib.

“Palirta” görkəmli rəssam Rəis Rəsulzadənin yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

Dərginin yeni sayını rayonlarda “Azərmətbuatyayım” köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından (dəmiryol vağzalı ilə üzbəüz) əldə etmək mümkündür.

# 2146 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər