Dostoyevskinin atasına məktubu

Dostoyevskinin atasına məktubu
12 mart 2013
# 08:30

Kulis.az “Məşhurların məktubları” silsiləsindən Fyodor Dostoyevskinin atasına məktubunu təqdim edir.

Hörmətli ata,

Qəribədir, indiki həyatımdakı axmaq situasiya məni bir çox şeylərdən məhrum edir. 5 gündür imtahanlara və parada hazırlığa görə sizə məktub göndərməyə vaxt tapmıram.

Əziz valideynim! Siz doğrudan düşünürsünüz ki, oğlunuzun sizdən maddi yardım istəməyi artıqdır? Allah şahiddir ki, bu nə şəxsi ehtiyaclarım, nə də öz mənfəətim üçündür. Öz əlim, öz ağlım var. Azad və sərbəstəm. Əslində, səndən bir qəpik belə istəməməliyəm. Ölüm yatağında səndən dəstək gözləməkdən də utanmalıyam. İndiki halda sənə ancaq gələcəklə təsəlli verə bilərəm. O gələcək ki, artıq uzaqda deyil. Zaman səni həqiqətləri ilə razı salacaq.

İndi sözün əsl mənasında məni başa düşməyin üçün sənə yalvarıram, əziz ata. Xidmət edirəm, istəsəm də, istəməsəm də, ətrafdakılarla ayaqlaşmalıyam. Niyə mən istisna olmalıyam ki? Bu cür ayrı-seçkilik gələcəkdə pis hadisələrə səbəb ola bilir. Ona görə də, insanlara qaynayıb-qarışmaq lazımdır. Hərbi akademiyanın hər tələbəsinin düşərgə həyatı ən azı 40 rubla başa gəlir. Bu qırx rubla çay, şəkər və digər ehtiyaclar daxil deyil. Rahatlığıma görə yox, amma ən zəruri ehtiyaclarımı qarşılamaq üçün bu pula ehtiyacım var. Yağışda və rütubətli havalarda parça çadırda yatmağa məcbur olanda, üstəlik təlimdən yorğun və üşümüş qayıdanda, insan bir çaya ehtiyacı olacaq qədər xəstə hala düşür. Sənin problemlərini də nəzərə alıb, çay və digər şeylərdən imtina edərək, ən zəruri ehtiyacım – iki cüt botinka üçün 16 rubl istəyirəm.

Kitablar, yazı vəsaitləri, kağızlarım, corab və ayaqqabılarımı gərək bir yerdə saxlayım. Ona görə, bir sandığa ehtiyacım var. Düşərgədə çadırdan başqa sığınacaq yerimiz yoxdur. Yatağımız içinə saman doldurulmuş parçadır. İndi səndən soruşuram, sandığım olmasa, mən əşyalarımı harada saxlaya bilərəm? Bir sandıq almağımla kasıblamarıq hər halda. İmtahanlar yaxın vaxtlarda qurtaracağına görə artıq kitaba ehtiyacım olmayacaq. Sonra bizə geyim verəcəkləri üçün ayaqqabı da istəməyəcəyəm sizdən. Əslində, verilən botinkalar elə pisdir ki, şəhərdə də geyinsən, altı aydan sonra cırılar.

Axırıncı dəfə göndərdiyin puldan 15 rubl saxlamışam. Amma özün də görürsən ki, 25 rubla daha ehtiyacım var. İyunun əvvəlində düşərgə bitir. Əgər oğlunun bu ağır ehtiyaclarına dəstək olmaq istəyirsənsə, iyunun əvvəlinə qədər pulu göndər. Sizə sonsuz təşəkkürlərimi göndərirəm.

Sağ olun, Fyodor.

10 May, 1838

# 4400 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər