AYB-nin böyük saxtakarlığı-YENİLƏNİB

AYB-nin böyük saxtakarlığı-YENİLƏNİB
6 fevral 2014
# 16:18

Yazıçılar Birliyinin Gənclər Şurasına yeni seçkilər keçirilib.

Gənclər Şurasının yeni heyətinin siyahısı ilə birgə seçkinin keçirildiyi iclasdan video-reportaj da qurumun saytına yerləşdirilib.

Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsinin III Fəslinin 2-ci bəndində Gənclər Şurasının necə seçilməsinin mexanizmi göstərilir: “Azərbaycan yazıçılarının Qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatıyla birinci katibi və katiblərini İH üzvlərini 21 nəfərdən ibarət Gənclər Şurasını, 5 nəfərdən ibarət təftiş komissiyası üzvlərini (adbaad və açıq) seçir”.

Göründüyü kimi Yazıçılar Birliyi kobud nizamnamə pozuntusuna yol verib.

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə AYB Gənclər Şurasının yeni sədri Elşad Ərşadoğlu ilə əlaqə saxladıq. Elşad Ərşadoğlu deyir ki, onun heç nədən xəbəri yoxdur: “Rəşad müəllim mənə zəng vurdu. Dedi ki, Gənclər Şurasının yeni üzvlərini seçmişik. Sən sədr seçilmisən, Xəyyal Rza da müavinindi. Vaxtın olanda AYB-yə get, siyahıya bax, gör üzvlər kimlərdi. Oturub söhbət edin, gələcək planları danışın. Mən də AYB-yə getdim. Xəyal Rza da müsahibəsində deyib ki, üzvləri qurultay yox, katiblik seçib. ”

AYB Gənclər katibi Rəşad Məcid isə iddia etdi ki, nizamnamədə elə bir müddəa yoxdur və Gənclər Şurasının üzvlərini katiblik seçməli, qurultay təsdiqləməlidir. Nizamnamənin üçüncü Fəslinin II bəndinin tələbini ona xatırlatdıqda Rəşad Məcidin cavabı belə oldu: “Nizamnaməyə qalsa qurultay da beş ildən bir keçirilir”.

AYB-nin mətbuat katibi Xəyal Rza isə bildirib ki, 3-cü bəndin 2-ci hissəsindəki "Gənclər Şurası" ifadəsi nizamnaməyə səhvən düşüb. Çünki nizamnamədə vurğulanır ki, Gənclər Şurası katiblik yanında yaranır. Sədrini Şura üzvləri özləri seçirlər. Xəyal Rza 3-cü bəndin 2-hissəsinə "Gənclər Şurası" ifadəsinin səhvən düşməsini həm də onunla əsaslandırıb ki, həmin müddəada "Ağsaqqallar Şurası" ifadəsi yoxdur: "Gənclər Şurası qurultayda seçilirsə Ağsaqqallar Şurası da qurultayda seçilməli idi. Amma göründüyü kimi nizamnamədə belə bir tələb yoxdur".

# 3942 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər