Hekayə yazmağın 8 qaydası!

Hekayə yazmağın 8 qaydası!
16 dekabr 2013
# 18:07

Daha çox sosial fantastika janrında yazan Amerika yazıçısı Kurt Vonnequt irihəcmli əsərləri ilə yanaşı, həm də hekayələri ilə məşhurdur.

Vonnequt yazmağa yeni başlayanlara dahiyanə hekayə yazmağın səkkiz qaydasını açıqlayır:

  1. Elə edin ki, hekayənizi oxuyan zamanının hədər getdiyini düşünməsin.

  1. Oxucuya onun diqqətini çəkəcək, ən azı, bir obraz verin.

  1. Hər bir obraz nə isə istəməlidir, bir stəkan su olsa belə.

  1. Hər bir cümlə bu ikisindən birinə xidmət etməlidir – ya obrazı açmalı, ya da süjeti inkişaf etdirməlidir.

  1. Hekayəni bacardığınız qədər finala yaxın yerdən başlayın.

  1. Sadist olun. Obrazlarınızın şirin və günahsız olmağına baxmayın, elə edin ki, onların başına dəhşətli şeylər gəlsin. Oxucu yalnız bu yolla qəhrəmanlarınızın necə xəmirdən yoğurulduğunu anlaya bilər.

  1. Yalnız bir nəfərin zövqünü oxşamaqdan ötrü yazın. Əgər siz pəncərəni açıb bütün dünyaya eşq elan etsəniz, sizin hekayəniz, belə demək mümkünsə, sətəlcəm ola bilər.

  1. Oxucunuza bacardığınız qədər qısa zaman kəsiyində, bacardığınız qədər çox informasiya verin. Cəhənnəmə qalsın qeyri-müəyyənlik həyəcanı. Oxucu nəyin harada və necə baş verdiyini o qədər yaxşı bilmədir ki, işdir birdən tarakanlar son səhifəni yesələr, hekayəni özü bitirməyi bacarsın.

İngiliscədən tərcümə: Svetlana Turan

# 6734 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər