Sabir Rüstəmxanlı: “O kitab maddi problemlərimi həll etdi” - LAYİHƏ

Sabir Rüstəmxanlı: “O kitab maddi problemlərimi həll etdi” - <span style="color:red;">LAYİHƏ
9 iyun 2017
# 09:00

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Sabir Rüstəmxanlının “Ömür kitabı” haqda danışdıqlarını təqdim edir.

- Hər insan kimi, hər yaradılan canlı kimi əbədi əsərin də öz taleyi var. Şairlər şeir kitablarının yazılma tarixindən danışsalar, bu haqda maraqlı kitablar yazılar. Mənim də hər yazımın yaranma tarixi, tərcümeyi-halı var. 7 roman çap eləmişəm. Hər birinin özünəməxsus tarixçəsi, taleyi var.

“Ömür kitabı” mənim ilk iri həcmli nəsr əsərimdir. Ondan əvvəl şeirlər, ədəbi tənqidi yazılar yazırdım. Açığı, irihəcmli əsər yazmaqdan qorxurdum. O vaxt gündəlik yazılar yazmağa məcbur idim. Çünki bununla dolana bilirdik. Gündəlik yazılar yazmaq da imkan vermirdi ki, oturub irihəcmli əsər yazasan.

“Ədəbiyyat qəzeti”, “Yazıçı” nəşriyyatında işlədiyim vaxtlar mənə Azərbaycanı gəzmək qismət oldu. Gənclik illərimdən gəzmək, səyahət etmək marağım olub. Mən onda ədəbiyyatdan əlavə tarixlə də məşğul olurdum. Xüsusən, bizim haqda, Qafqaz haqda yazılanları...

O yazılarda saxtalaşdırmaq bir yana, bizə aid olan ənənələrin başqalarının adına çıxarılması məndə təəssüf hissi doğururdu. Düşünürdüm ki, axı biz niyə də yazmayaq. Başqalarının adına çıxan milli xasiyyətlərimizə, dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxmalıydıq. Bu niyyətlə yazmaq istədim. Təxminən üç istiqamətdə yazmağı düşünürdüm. İlk növbədə tarixi istiqamət... Qədimdən gələn bir xətt... Ən qədimdən bu günə qədər Azərbaycana baxış.

Image result for Sabir ömür kitabı

İkinci, üfüqi xətt - gəzdiyim yerlər, tanıdığım insanlar, maraqlı əhvalatlar.

Üçüncü isə mənəvi dəyərlərimiz, adət ənənələrimiz, bir az etimologiya, bir az etnoqrafiya... Bunlar hamısı mənim gözümdə necə görünür? Ayrı-ayrı yazmağı düşünürdüm. Sonra bütöv hala gəldi.

Onda da, elə indi də düşünürəm ki, hər insan öz milləti ilə bərabər yaşayır, onun taleyini yaşayır. Bu tarix, millilik, adət-ənənələr, dədələrimizin, babalarımızın, nəslimizin tarixi, ziddiyyətlər, deyimlər, nağıllar hamısı bizimdir, bizim taleyimizdir. Yazılı mənbələrimiz az olub, ancaq şifahi yaddaşımız yerindədir. Mən bu düşüncələri rəhbər tutaraq bütün bunları ümumiləşdirib bir kitab yazmışdım.

1985-ci ildə “Azərbaycan”, “Ulduz” jurnallarında hissə-hissə çap elətdirmişdim. Əvvəl balaca kitab kimi təsəvvür eləyirdim. Amma getdikcə həcmi böyüdü və böyük bir kitaba çevrildi.

O vaxt nəsr kitabları 7 min çap olunardı. Mənim kitabım “Gənclik” nəşriyyatında çap olundu. Redaktor oxuyub heyrət eləmişdi, kitabı çox bəyənmişdi.

“Ömür kitabı” 30 min tirajla çap olundu. Bir həftədən sonra qurtardı.

“Ömür kitabı” bir tufan kimi gəldi keçdi. Milli düşüncədəki mürgünü dağıtdı. Daha sonra 100 min tirajla təkrar nəşr olundu. Ardınca ruscaya tərcümə olundu. Böyük əks-sədası oldu.

“Ömür kitabı” taleyimdə ciddi rol oynadı. Mənim maddi problemlərimi də həll elədi. Böyük tirajla çap həm də böyük qonorar demək idi.

# 3564 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər