"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub
5 noyabr 2025
# 18:35

Şair, “Alatoran” jurnalının baş redaktoru Rasim Qaracanın “Kulis”ə verdiyi son müsahibəsində səsləndirdiyi fikirlər ədəbi mühitdə rezonans doğurub.

O, müsahibəsində “The Baku Review” internet jurnalı layihəsinin arxasında gizli məqsədlərin dayandığını iddia edib:

"Heç aidiyyatı olmayan adamlar ortaya düşdü, söhbət böyüdü. Nəticədə isə mənim dediklərim oldu, həmin jurnal indi demək olar ki fəaliyyətini dayandırıb. Nə üçün meydana çıxmışdı, saytın pulunu kim vermişdi, kim yengəlik edirdi? – mənə qaranlıqdır. Deyəsən, elə məqsəd mənim ətrafımda olan adamları uzaqlaşdırmaq idi, buna nail oldular və missiya tamamlandı, dostlar düşmən oldu..."

Kulis.az məsələ ilə bağlı jurnalın həmtəsisçisi, yazıçı Orxan Əyyubun mövqeyini öyrənib.

“Rasim Qaraca hadisələri ifrat dramatizə edir”

Orxan Əyyub Rasim Qaracanın Azərbaycan ədəbiyyatına xidmətlərini yüksək qiymətləndirsə də, onun son açıqlamalarını əsassız adlandırıb:

"Rasim bəy "Alatoran" jurnalının naşiri kimi Azərbaycan ədəbiyyatına böyük xidmətlər göstərib, şübhəm yoxdur ki, əlində daha böyük imkanlar olsaydı, yaxşı işlər görə bilərdi. Mən ilk dəfə iyirmi il əvvəl "Alatoran" jurnalında dərc olunmuşam, bu jurnalın mənim üçün həmişə xüsusi yeri olub. Hər sayını səbrsizliklə gözləyirdim və yazmaqda olduğum romanın ilk dəfə orada dərc olunmağını istəyirdim. İndi isə Rasim Qaraca absurd ittihamlar səsləndirir, baş verən hadisələri ifrat dramatizə edir. Onun hadisələrə baxışında həfif paranoya hiss edirəm. Düşmən olmaq məgər belə səslənmir? Bütün bunlar olduqca acınacaqlıdır".

“Onun dəmlədiyi çayları içmək çətin idi”

Yazıçı əlavə edib ki, Rasim Qaraca ilə hazırda münasibəti yoxdur, amma şəxsi düşmənlikdən də söhbət gedə bilməz:

"Rasim bəy ilə hazırda heç bir münasibətim yoxdur, amma həyatdır, bir gün qarşılaşsaq, ümid edirəm ki, Rasim bəy daha yaxşı çay dəmləyəcək, zira, onun dəmlədiyi çayları içmək mənim üçün çox çətin idi".

"Əgər hər şeyi müəllif edəcəksə, naşir nə üçün lazımdır?"

O, həmçinin Rasim Qaracanın naşir fəaliyyətini tənqid edib:

"Rasim bəy yenə doğru danışmır, sanki "Külək gülü" öz gerçək oxucusuna, ciddi ədəbiyyatla maraqlanan oxuculara çıxa bilib, mən kütləvi oxucuya çatmamaqdan narazılıq edirəm. Naşir ilə sifarişlə afişa, dəvətnamə, vizit kartı çap edən mətbəə arasında böyük fərq var. Naşirin bir vəzifəsi də müəllif və kitabla oxucu arasında vasitəçi olmaqdır. Əgər hər şeyi müəllif edəcəksə, naşir nə üçün lazımdır?"

"Eyni ciddiliyi naşirimdən də görmək istəyərdim"

Yazıçı bildirib ki, Rasim Qaraca onun “sistematik” olmasını tənqid etsə də, bu yanaşma onun üçün peşə prinsipidir:

"Rasim Qaraca qəbahət kimi mənim daha sistematik olduğumu deyir. Bəli, mən ədəbiyyata və yaradıcılığıma ciddi yanaşıram, bu, bütün vaxtımı və həyatımı həsr etdiyim işdir, məndən sistematik olmağı tələb edir. Eyni ciddiliyi naşirimdən də görmək istəyərdim, təəssüf ki, bu baş vermədi".

# 2336 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər