Orta məktəb inşasına bənzəyir – Yazarlar Sara İbrahimi tənqid etdilər

Orta məktəb inşasına bənzəyir – Yazarlar Sara İbrahimi tənqid etdilər
27 aprel 2022
# 15:01

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Sara İbrahimin “Gözüm yollarda qalanda” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

Cavanşir Yusifli: “Ədəbi prosesdə elə fiqurlar var ki...” - Müsahibə

Sara xanım İbrahimin “Gözüm yollarda qalanda” hekayəsi...

Əhvalat kədərlidir, ibrətamizdir və sair. Mətni oxuyanda müəllifin aşılamaq istədiyi duyğular arxada qalır, oxucu mətni və müəllifi “ötüb keçir”, sonra geri qayıdıb hekayəyə davam etmək istədikdə onu tapmır. Əslində, hekayədə qoyulan məsələ dərindir – yazdığın şeirin, hekayənin, oxuduğun mahnının taleyə təsiri, taleyə çevrilməsi... Bu məsələni çözülməsi güclü istedad, ümumiləşdirmə qabiliyyəti, unikal detalları seçib işləmək bacarığı tələb edir. Bu və digər keyfiyyətlərin olmadığı istənilən müəllif sadəcə əhvalatı nağıllayacaq, ordan o yana adlaya bilməyəcək. Necə ki Sara xanımın hekayəsində bunu görürük. İndiki halında mətn “çılpaqdır”, hekayə bu şəkildə müzakirəyə layiq deyil, zənnimcə.

Samirə Əşrəf

Sara İbrahimin “Gözüm yollarda qalanda” hekayəsi olduqca zərif, həssas hisslər üzərində qurulub. Hiss olunur ki, müəllif bu hekayəni yaşadığı duyğular üzərindən yazıb. Məktəb illəri, dostluqlar, rəqabət və heç vaxt unudulmayan keçmiş çağlar hər birimizin həyatından ötüb keçib. Sara xanım da məhz keçmişdə hər birimizin yaşadığı bu xoş duyğuları həzin hekayəyə çevirib. Ola bilər ki, hekayə zəif və bir az da sentimental alınmış olsun. Amma yaradıcı insan bu cür hissləri nə olur olsun əbədiləşdirmək istəyir. Sara xanıma uğurlar arzu edirəm.

Qəşəm Nəcəfzadə

Səyyad Aran məktəbi - Qəşəm Nəcəfzadə yazır

Hekayə səthi yazılıb, orta məktəb inşasına bənzəyir. Yazıçı sənətkarlığı yoxdur. Cümlələr köntöy, quru və zəifdir.

Fəridə

Lal quşlar – Fəridədən yeni hekayə

Esmira Mehiqızının bir misrası var: "Mən küləyin şəhərə yıxdığı gilənar ağacıyam".

Sara İbrahimin əksər hekayələrini oxuyanda ağlımdan niyəsə o misra keçir.

Sara mənim sevdiyim, izlədiyim, həmişə daha gözəl hekayə gözlədiyim müəllifdir.

Bütün hekayələri mənə təsir edir. Elə bilirəm haçansa gördüyüm yerlərdən, tanıdığım insanlardan, ağrıdığım talelərdən danışır.

Bu hekayə də mənə nisgilli bir xatirə təəssüratı ötürür.

Sara bu gün "üzdə olan", "tanınan", "yazıçı kimi qəbul edilmiş" heç bir müəllifdən heç nə ilə kölgədə qalmır.

Hekayəsi də maraqlı idi, rahat oxunur, oxucu olaraq müəllifə mənfi irad tutmaq üçün heç bir səbəb görmürəm.

Yaradıcılıq uğurları, daha gözəl hekayələr arzulayıram.

# 3985 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər