Misir bazarlarında çəkilmiş Hollivud filmlərini xatırlatdı - Hekayə müzakirəsi

Misir bazarlarında çəkilmiş Hollivud filmlərini xatırlatdı - Hekayə müzakirəsi
19 oktyabr 2023
# 12:48

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Həmid Piriyevin "Hərami Əhmədin dastanı" adlı hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Mirmehdi Ağaoğlu: "Siracla Məhərrəmin minaya düşdüyü yerdən keçəndə..." -  Müsahibə

Mirmehdi Ağaoğlu: "Həmid Piriyevin “Harami Əhmədin dastanı” adlı yeni hekayəsi məlum poemanın dekonstruksiyasıdır, Həmidin bundan əvvəlki “Neft və milyonlar səltənətinin faytonçusu” adlı hekayəsi də ənənəvi mövzularından fərqli olaraq müəyyən mənada “tarixi” adlandıra biləcəyimiz mövzuda idi. Bu, yaxşı haldır. Görünür, Həmid hekayə yaradıcılığında yeni mərhələyə keçir. Bu hekayədə isə mənim xoşuma gələn dediyim kimi poemanın dekonstruksiyası və müəllifin alternativ süjetlər təqdim edərək oxucunu çaşdırması oldu. Alternativ süjetlər isə hekayəyə detektivlik ovqatı qazandıraraq belə sual yaradır ki, həqiqətən hərami Əhməd kim idi? Nağılçının danışdığı təxəyyül obrazımı, yoxsa, Mustafa ilə üzbəüz oturub şərab içən səyyahmı?".

Kərəm haqlı idi - Orxan Cuvarlının yeni hekayəsi

Orxan Cuvarlı: "Həmid Piriyevin "Hərami Əhmədin dastanı" hekayəsini zövqlə oxudum. Mütaliə boyunca Ənvər Məmmədxanlının "Karvan dayandı" əsərini xatırladım. Son dövrlərdə ədəbiyyatımızda nağıl, dastan formalı hekayələrə qayıdış təmayülü görürük. Yaxın keçmişdə Mübariz Örənin "Yaxşı padşahın nağılı" hekayəsini də buna misal göstərə bilərik. Həmidin hekayəsini isə xeyli bəyəndim. Həmid Piriyev mənim ürəyimə, hisslərimə yaxın müəllifdir. Onun həyatın adi ritmi üzərində qurulan hekayələri həmişə içimi duruldub, məni fərəhləndirib. Piriyev son iki hekayəsində ("Neft və milyonlar səltənətinin faytonçusu" və bu hekayə) tamam fərqli ampluada qarşımıza çıxır. Görünür, istedadlı qələm dostumuz yeni axtarışlardadır. Təbrik edirəm və uğurlar arzulayıram".

Rəvan Cavid: “Ermənistanda kitab sistemini qurublar, bizdə isə…” – Müsahibə

Rəvan Cavid: "Sehrli idi. Misir bazarlarında çəkilmiş Hollivud filmlərini xatırlatdı. Mistik, mifik sərgüzəştlərin yeyin dillə ifadəsi ləzzət elədi. Məncə, nağıl, dastan motivlərinin yenidən işlənməsinə, təhkiyəsinin nəsr dilinə çevrilməsinə ehtiyac var. Həmid bu işin startını verib. Qalıb davam etdirmək".

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Orxan Həsəni: "Həmid Piriyev müasir Azərbaycan ədəbiyyatında ən sevdiyim hekayəçilərdən biridir. Onun sakit, təntənəsiz, həyatın qırışlarında gəzişən hekayələrini maraqla oxuyuram. Müzakirə gedən hekayə isə, məncə, onun ən uğurlu hekayəsidir. Bu mətnə görə sevindim".

# 3076 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər