“Ayaqlarından öpürəm!” – Yazıçılarımızdan əsgərlərimizə bir cümləlik mesaj

“Ayaqlarından öpürəm!” – Yazıçılarımızdan əsgərlərimizə bir cümləlik mesaj
2 oktyabr 2020
# 12:05

Əsgərlərimizə bir cümləlik hansı mesajı yazardınız? Kulis.az bu suallar tanınmış yazıçılara müraciət edib. Cavabları təqdim edirik.

Elçin

“Sağ-salamat, qalib qayıt!”

Aqil Abbas

“Allah səni qorusun Azərbaycan əsgəri, sona qədər gedərsən və bayrağı sancarsan!”

Kamal Abdulla

“Azərbaycan əsgərinə canım qurban”

Seyran Səxavət

“Kimliyindən asılı olmayaraq Azərbaycan əsgərinə nə cümlə desə, o, artıq gecikmiş cümlə olacaq. Çünki lazımlı cümlə əsgərlərimizin qanındadı və canındadı. Ancaq və ancaq, irəli!

Nazim Əhmədli

"Möhkəm olsunlar!"

Əlisəmid Kür

“Azərbaycan əsgərinin əllərindən, ayaqlarından öpürəm.”

Səfər Alışarlı

“Bu gün Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz bir azadlıq missiyası həyata keçirərək son iki yüz illik tariximizin ən böyük və ən şərəfli səhifələrindən birini yazır. Allah ordumuzu qalib etsin!”

Xanəmir Telmanoğlu

“Azərbaycan əsgəri tarixi ərazilərimizi, torpaqlarımızı Qarabağın sakrallığı fonunda bu gün həm düşməndən, həm də şərdən təmizləyərək onu yenidən bizə vətən eləyir. Ümid edirəm ki, təzələnən vətənimizin karması bizdən sonrakı nəsillər üçün daha düşərli olacaq.”

Mehriban Vəzir

“Allah sənə yar olsun, baxtın yavər olsun, ey şanlı əsgərim!!!”

Rəbiqə Nazimqızı

“Qədəmlərinə qurban, dayanma!”

Aqşin Yenisey

“Vətənin taleyi olmaz, tarixi olar! Taleyimizi tariximizlə əvəzlə, cənab əsgər!”

Samirə Əşrəf

"Qələbə gözləyirik!"

Cavid Zeynallı

“Gözümün işığı, dizimin qüvvəti əsgər qardaşım, bizə zəfər gətir!”

Mirmehdi Ağaoğlu

“Vətənini qoruduğun kimi çalış özünü də qoru, uğrunda döyüşdüyün torpağı qiymətli edən sənsən.”

Elnaz Eyvaz

“Sənə güvənirik, səni sevirik, yolunu gözləyirik!”

Şərif Ağayar

“Haqqınızı bizə halal edin.”

Fəridə

“Yolunuzu gözləyirik!”

Sahilə İbrahimova

"Salamat qayıdın!"

Ulucay Akif

"Haqq savaşında vuruşan əsgərlər necə də xoşbəxtdi!"

Orxan Saffari

"Sizin qadanızı alım"

# 5588 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər