Səfər Alışarlı Natiq Rəsulzadə haqqında sərt danışdı

Səfər Alışarlı Natiq Rəsulzadə haqqında sərt danışdı
14 iyun 2011
# 13:29
Yazıçı Səfər Alışarlı Natiq Rəsulzadənin müsahibəsi barədə tənqidi qeydlərini Kulis.az-a yollayıb.

Həmin məktubu olduğu kimi çap edirik:

Natiq Rəsulzadə adları məlum bir kampaniyanın təmsilçisi olaraq, mənim ünvanıma mətbuatda təhqiramiz sözlər söyləyib. Başım qarışıq olduğu üçün bundan bir az gec xəbər tutmuşam. Tərbiyəsizliyi təkrar etmədən o sözləri Natiqin özünə qaytarıram və məsələ ilə bağlı aşağıdakıları bir daha qeyd etməyi zəruri sayıram.

Müasir Azərbaycan ədəbiyyatına gemoroy və serrozdan başqa heç nə verməmiş bu kampaniyanı bütün ədəbi mühit tanıyır, onların mənə qarşı hücumu da birinci dəfə deyil. Mən onların qrafoman özbaşınalığına qarşı ilk etiraz səsimi yazıçıların 1990-cı il qurultayında qaldırmışam. 20 ildə onlar Azərbaycan ədəbi mühitinə kifayət qədər ziyan vurublar. Mənim medalım-filanım yoxdur, amma mən onların mənəvi islahına “Maestro” romanını ithaf etmişəm.

Mən rus ədəbiyyatını sevirəm: ən çox oxuduğum yazıçılar sırasında Platonov, Bulqakov, Qorki, Şukşin, Tolstaya və başqaları var. Amma mən rus dilində yazan adları məlum azərbaycanlıların yaradıcılığını sevmirəm və onu ciddi ədəbiyyat hesab etmirəm. Onlardan bəzilərinin bəlli qüvvələr tərəfindən “geniş” miqyasda təbliği Azərbaycan xalqının milli maraqlarına deyil, tamam başqa məqsədlərə xidmət üçün nəzərdə tutulur. Bunu hamı, onların özü də yaxşı bilir. Konkretlikdə isə, birinci, mütaliə etdiyim bu ədəbiyyatın bədii yetənəkləri və leksik məhdudluğu məni qane etməyib; ikinci, onlar, mənim fikrimcə, Azərbaycan insanın yaşamasına və böyük dünyada öz milli haqları uğrunda mübarizə aparmasına deyil, şərə, fitnə-fəsada və mahiyyət etibarilə milli mədəniyyətin aşağılanmasına daha çox xidmət edirlər. Ona görə də bir xalq məsəlində deyildiyi kimi, onlar yüz il tikan otlasalar da ağızları dəvə ağzına bənzəməyəcək.



Xatırladaq ki, Yazıçı Natiq Rəsulzada Kulis.az-a müsahibəsində yazıçı Səfər Alışarlı barədə həddən artıq sərt fikirlər işlədib. Səfər Alışarlının “rusdilliləri etnik azlıq”dır fikrinə münasibət Natiq Rəsulzadə bildirib ki, Səfər Alışarlı qələt edir.
# 2206 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər