Onluğa düşənləri Şamaxıya aparacaqlar MÜKAFAT

Onluğa düşənləri Şamaxıya aparacaqlar MÜKAFAT
25 may 2011
# 14:08
Sabir adına kitabxanada mayın 25-də satirik şair Mirzə Ələkbər Sabirin vəfatının 100 illiyinə həsr olunan müsabiqənin nəticələri açıqlanıb.

Kulis.az-ın verdiyi məlumata görə müsabiqənin təşkilatçılarından olan Əvəz Qurbanlının sözlərinə görə, qezel.az mədəniyyət portalı görkəmli Azərbaycan şairi, Azərbaycan poeziyasında inqilabi-satira məktəbinin əsasını qoymuş maarifpərvər ziyalı Mirzə Ələkbər Sabirin vəfatının 100-cü ildönümü (1911-2011) münasibətilə Ümumrespublika Satira və Qəzəl Müsabiqəsi elan edib. Müsabiqəyə təqdim olunmuş əsərlər, münsiflər heyəti tərəfindən qiymətləndirilib. Obyektivliyin gözlənilməsi məqsədilə münsiflər heyətində təmsil olunan mütəxəssislərin adları müsabiqənin son gününə qədər gizli saxlanılıb.

Tədbirdə Qezel.az saytının yaradıcısı Yasin Xəlil, M.Ə. Sabirin qohumlarından olan Zemfira xanım və Sabir adına kitabxananın direktoru Solmaz xanım çıxış etdilər. Muğam üçlüyünün ifasından sonra qaliblərin adları açıqlandı. Nəticələrə görə, Məmməd Məcidoğlu I yer, Əlibəy Məmmədov II yer, Vüsal Qocayev III yeri tutub. Qaliblərə müvafiq olaraq 150, 100, 50 manat məbləğində pul mükafatı də təqdim olunub. Bundan əlavə ilk onluğa düşənlər Şamaxıya Sabirin türbəsini ziyarətə aparılacaq.

Mükafatlandırma mərasiminin Azərbaycan Yazıçılar Birliyində keçiriləcək.

Vüqar QURDQANLI
# 2395 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər