Bizim Tural

Bizim Tural
29 oktyabr 2012
# 16:56
Turalın ikinci kitabı çapdan çıxıb.

Azərbaycan ədəbiyyatında ikinci Tural olmadığı üçün söhbətin Qan Turalıdan getdiyini anladınız hər halda...

Turalın özünə istinad eləyib, onun kitab yaradıcılığını “Mustafa”dan başlayırıq. Amma bildiyim qədərilə, “Alatoran” dövründən də bir kitabı olmalıdı...

***

Mən Turalı “Alatoran”dan oxuyuram, sonra “Ədalət”, “Azadlıq”, “Alma”, yenə “Azadlıq”, “Abzas. net” və Kulis...

Onu bəzən sevə-sevə, bəzən əsəbiləşib oxumuşam. Siyasətə bulaşan yazıları, qonorar xatirinə hər gün boylanan köşələri əsəbiləşdirib məni. Bəzən cığal yazıb, bəzən yanılıb, proqnozları səhv olub, adamları tanımadan mühakimə eləyib... Amma oxumuşam. Tək bir səbəbə görə! Tural heç vaxt sözdən sui-istifadə etməyib. Bəlkə özünün də sevmədiyi, son kitabının ön sözündə yazdığı kimi, “onluq olmayan mövzulardan” yazıb, amma o yazılarının içində belə yaddaşa yazılası, rəngli, obrazlı, dadlı bir cümləsi olub. Mütləq olub.

***

Abzas. net yarananda “bu uşaqlar yerini tapdı” deyib sevinmişdim, “kulis” layihəsini bir müddətlik kənara qoymuşdum... Günün birində “abzas.net” boşluğu yarananda “Kulis” ideyası bir daha beynimi döyəclədi. Turalı axtardıq və tapdıq... O günlərdə qulağımı yağır eləyən sualı ona demədim təbii ki.

“Niyə məhz Tural?” soruşurdular məndən. Sonra da çoxlu adlar sadalayırdılar, hər biri yekə imzalar idi, Turaldan da tanınanları vardı... Amma layihə konsepti və daxili inamım Tural deyirdi... Yenə tək bir səbəb görə: Tural sözü oynadırdı, amma sözlə oynamırdı!

***

Gəldi, danışdıq, “indi siyasətdəsən, mən sənə daha böyük meydan, cəmiyyət üçün layihə təklif edirəm” dedim, cavabı çox konkret oldu: “mən sözü seçirəm”. Və başladıq...

Nəticə ortadadı. Kulis.az təkcə ədəbiyyat layihəsi deyil...

Kulis.az cəmiyyət layihəsidi... Bəşəri dəyərlərdən, şəriət, mövhumat buxovundan (nə qədər ritorik səslənsə də), keçmişin ehkamlarından ikiəlli yapışmağımızdan yazır, cəmiyyətin ağrıyan nöqtələrini göstərir. O ağrıları ki, onlar müalicə olunmadıqca azad cəmiyyət, azad vətəndaş, azad seçici yetişdirə bilməyəcəyik. Nikahına, qız sevməsinə, hansı peşə sahibi olmasına özü qərar verə bilməyən insan səsini, haqqını, hüququnu qoruya bilməz! On üç yaşında ərə verilən qız azad cəmiyyəti yaradacaq vətəndaş böyüdə bilməyəcək!

...Özünü tanımaq, tapmaq qanunun içində azad sevgi haqqını bilmək, ona sahib çıxmaq kimi bir tezis də var...

“Polis qorxusuyla öpüşmək” bax o azadlığa çağırışdı...
# 2190 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər