Mirzə Cəlil Qurban bayramı haqda
Tarixin göstərməyindən belə anlaşılır ki, Həzrət İbrahim Xəlil zilhəccənin onuncu günü sübh tezdən yerindən durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: “Bala, dur gedək!”.
Oğlu başladı getməyə və gördü ki, atası bıçaq və kəndir də götürür, tifil soruşdu: “Ata, məni hara aparırsan?”. Atası cavab verdi: “oduna”.
Həzrət İbrahim çölə çıxıb qəfildən yapışdı oğlunun xirtdəyindən, basıb qoydu ayağının altına, bıçağı çəkib başladı yazıq uşağın başını kəsməyə. Məsum balası başladı yalvarmağa ki, “Ay ata, aman günüdür, mənim axır günahım nədir ki, məni öldürürsən?”.
Bir tərəfdən uşaq yalvarır, bir tərəfdən də gözləri qızmış Həzrət İbrahim bıçağı daşa çəkir ki, itiləsin.
Elə bıçağı uşağın boğazına çəkdiyi əsnada, yuxarıdan allah-taala qeyzə gəlib çağırdı: “Dayan, dayan! Yekə kişi, qudurmamısan ki! İnsan da ağlı başında ola-ola, məgər oğlunun qanını tökər? Ay vəhşi, ay nainsaf!”.
Həzrəti İbrahim əl saxladı və kənarda (yalan olmasa) bir qoç görüb yırtıcı, nə bilim, nə kimi hücum çəkdi qoçun üstə, qırğı sərçəni alan tək heyvanı yerə yıxıb, bıçağı soxdu qarnına və qanı axan kimi, həz- rətin də hirsi soyudu, İsmayılı götürüb başladı evinə getməyə. Uşaq yolda qorxusundan ağlayırdı və burnunu çəkə-çəkə və qorxudan titrəyə-titrəyə deyirdi: “Dədə, sən allah, ta məni öldürmə!”.
Bu səbəbə görə Xəlilullahın yadigarı üçün hər il zilhəccə ayının onuncu günü qurban kəsmək vəhşi ərəblərə və bizlərə vacib olubdur.
Bu səbəbə görə qurban bayramına bir neçə gün qalmış hər bir müsəlman kasıb da olsa, gərək qurban ala, tək ala bilməsə, – qonşusu ilə şərik ola, pulu da olmasa, – borc eləyə, pul borc verməsələr də, – qurbanı nisyə ala, nisyə verməsələr də, – oğurlaya, yainki qoç sahibilə söyüşə, vuruşa.
Xülasə, hər necə olmuş olsa, gərək hər bir müsəlmanın evində qan tökülə.
Eydi-əzha* aləmi-islamda ən ali ən təntənəli eydlərin biridir. Bu gün küreyi-ərzin müxtəlif yerlərində sakin olan müsəlmanlar qurban kəsməyə məşğuldurlar. Bununla belə aləmi-islama nəzər ediniz: vüsətli bir məzarıstan, camaat vəhşi, düşmən qəvi, maarif yox, üməra binamus, ticarət pozğun, ziraət pəjmürdə...
Bircə təskinlik budur ki, qəzetlərimiz başdan ayağadək qurban bayramı ilə məşğuldurlar.
Allah özü cəmi qələm sahiblərinin ömri-şəriflərini eydi-əzha məqalələrindən də uzun eləsin!
Yenə nə yaxşı ki, belə-belə bayramlar var idi; yoxsa qeyri millətlərin qabağında durmağa heç bir gücümüz olmayacaq idi.
Bu gün eydi-şərif münasibətilə cəmi din qardaşları təbrik və cəmi nəzirlərin dərəceyi-qəbula yetişməyini cənab həqdən istida edirik.
“Molla Nəsrəddin”, 24 noyabr 1911, 142
Mətn kultura.az saytından götürülüb.

Oxşar xəbərlər
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?
17:00
25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya
13:00
24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında
12:00
24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında
13:25
23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?
12:00
23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?
10:00
22 sentyabr 2026