Kamal Abdullanın kitabı ərəbcə çap olunub

Kamal Abdullanın kitabı ərəbcə çap olunub
14 sentyabr 2012
# 17:16
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın “Azərbaycanca danışaq” seriyasından növbəti kitabı ərəb dilində Birləşmiş Ərəb Əmirliklərində, Əbu Dabi şəhərində çapdan çıxıb.

Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği ilə bağlı geniş fəaliyyət proqramının tərkib hissəsi olan bu kitab Ayn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim doktor Əhməd Sami Elaydi tərəfindən çapa hazırlanıb. Kitaba praktiki səciyyəli zəngin dil materialı, danışıq kitabçası ilə yanaşı ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi haqqında informativ bilgilər də daxil edilib.

Xatırladaq ki, Azərbaycan dilinin xarici ölkələrin nüfuzlu elmi mərkəzlərində tədrisi və Azərbaycanşünaslıq ideyalarının təbliği məqsədilə ilə görülən bu işlər çərçivəsində professor Kamal Abdullanın fransız alimi Mişel Malerblə birgə qələmə aldığı “Azərbaycanca danışaq. Dil və mədəniyyət” adlı kitabı 2008-ci ildə Parisdə dərc olunub. Kitab Azərbaycan dilinin tədris edildiyi Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun tələbələri, həmçinin ölkəmizin mədəniyyəti, dili və tarixi ilə maraqlanan alimlər, ictimai xadimlər üçün nəzərdə tutulub.

Bu seriyasından olan növbəti kitab 2010-cu ildə rumın dilində, 2011-ci ildə isə Kenessey Mariyanın həmmüəllifliyi ilə macar dilində nəşr olunub. Macar dilində işıq üzü görən “Azərbaycanca danışaq. Ölkə və onun dili” kitabının ön sözünün müəllifi Azərbaycanın bu ölkədəki səfiri, professor Vilayət Quliyev, redaktoru isə məşhur türkoloq Hazay Giorgidir. Bu kitabda Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, incəsənəti, o cümlədən Dağlıq Qarabağ həqiqətləri barədə məlumatlar da əksini tapıb. Macar oxucu bu kitab vasitəsilə Azərbaycanın coğrafiyası, iqlimi, daxili və xarici siyasəti, flora və faunası, geoloji strukturu, təbii sərvətləri, xalqımızın milli mənşəyi və s. haqqında ensiklopedik bilgilər də almaq imkanındadır.
# 2571 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər