Qanlı yataqlar
Bu gün məhbus qadınlardan bəhs edən bir yazı oxudum.
Diqqətimi çəkən yazının yazı kimi keyfiyyəti yox, faktlar tərəfi oldu. Yəni o yazıda hadisələr, faktlar özü həyat detalları olaraq, yazarın özündən və ifadə tərzindən qat-qat istedadlı idi. Amma bunlar Adamı sevindirəcək «istedadlı hadisələr» deyildi. Faciə, dəhşət idi.
Yazıda qadınların daha çox hansı səbəblərdən həbsə düşməsi faktları sadalanırdı. Həyat hekayətləri bir-iki sadə cümlə ilə verilmişdi.
Yazıdakı (həbsdəki) qadınların çoxu heç də qurban deyil. Əksəriyyəti başqa kişini sevdiyinə, onunla olmaq, sevişmək istədiyinə və bu yolda maneə kimi dayanmış ərini öldürdüyünə görə həbs olunub. Qadın özü birinin, ürəyi, başqasının yanında olub. Amma boşanmağa hazır olmayıb. Bu qınağı üstünə götürməyə hazır olmayıb. Amma məşuqları ilə birləşərək ərlərini öldürməyə hazır olublar. Bu – sözün pafossuz, əsl mənasında faciədir.
İlahi, biz hansı ölkədə yaşayırıq? Qadın «boşanmış» adını üstünə götürməkdənsə, qatil olmaq, bir yastığa baş qoyduğu kişini, uşaqlırının atasını, bunların hamısının başını buraxın eee, İnsanı baltalamağı üstün tutur. Ümid də bu olur ki, bəlkə meyiti, yəni qətli, cinayəti gizlədib, rahat yaşamaq mümkündür.
Mən o qadınlara haqq qazandırmaq fikrində deyiləm. Dünyada heç bir mentalitet, qanun, ənənə, səbəb İnsandan qiymətli ola bilməz. Dünyada heç nə qətlə bəraət qazandıra bilməz. Mentalitet səni lənətləyəcək deyə, ərindən boşanmayıb, amma onu öldürməyə hazır olmağı heç kimi duru suya çıxara bilməz.
Amma, görün vəziyyət nə yerdədir? Kim ağlına gətirərdi o uzun ətəkli, başı yaylıqlı, kişi görəndə çəkinən, küçədə yad kişi ilə kəlmə kəsməyən, bir sözlə, ətrafındakıların tələb elədikləri kimi yaşayan qadınlar belə iş tutsunlar? Məşuq, ər öldürmək, həbsdə yatmaq…
Həbs olunan qadınların əksəriyyət təşkil edən ikinci qismi ərlərini cinsi istismara görə, bacılarını məşuqları ilə görüşdüklərinə görə öldürənlərdi.
Hadisələr, durumlar fərqlidi – motivlər isə oxşardı: seks. Bu ölkənin seks məsələsi həll olunmayıb. Bu ölkədə qətllərin çoxunun kökü gedib yataqlara çıxır. Bu ölkədə nə qədər Adam var ki, öz yatağında, özünün istədiyi yataqda deyil. Mentalitet, qınaqlar, qohum-əqrəba isə onları o yataqdan çıxmağa qoymur. Və nəticədə məcburi yatağa salınmış qadın qatil olur.
O haqlı deyil. Amma bunu özü də istəməyib. Onu əvvəl xəyanətə, sonra qətlə, sonra həbsə və sonda (əgər içində bir damcı insanlıq varsa) vicdan əzablarına aparan şeyin adı – ənənə, mentalitet, milli-mənəvi dəyərlərdir.
Və sonda bir müşahidə. O qadınların əksəriyyəti orta təhsilli ya natamam orta təhsillidir. Yəni bizim reallığı nəzərə alsaq, savadsızdırlar. Bu – normaldır. Çünki, savadlı, kitab oxuyan, ciddi təhsil görən qadın ərini sevməyəndə, çıxılmaz vəziyyətdə qalanda boşanmaq yolunu seçir. Qınağı, tənəni, narazılığı gözə alır. Çünki bilir ki, bu ölkədə azad münasibətlər qurban tələb edir. O bu qurbanlara hazır olur.
Eyni situasiyaya düşən, amma təhsil görməyən, savadsız, kitab oxumayan qadının aqibəti isə göz qabağındadı: o əvvəl xəyanətkar, sonra qatil, sonra məhbus olur.
Bu – mentalitetlə azadlığın, cəhalətlə kitabın ancaq bir fərqidir…

Oxşar xəbərlər
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?
17:00
25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya
13:00
24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında
12:00
24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında
13:25
23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?
12:00
23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?
10:00
22 sentyabr 2026