Elif Şəfəqin maraqlı görüntüləri - FOTOSESSİYA

Elif Şəfəqin maraqlı görüntüləri - FOTOSESSİYA
8 avqust 2011
# 15:46
Plagiat iddialarında adı hallanan yazar Elif Şəfəq “İsgəndər” romanın üz qabığı üçün kişi geyimində çəkdirdiyi fotolarından və təəssüratlarından danışıb.

Kulis.az “Habertürk”ə istinadən xəbər verir ki, kitab üçün çəkilişlər Londonda baş tutub və düz 12 saat çəkib. Saat 9-da başlayan hazırlıqlarda Şəfəqə kişi makiyajı edilib, sonra 70-ci illəri xatırladan parik taxılıb və kişi kostyumlarını geyinib yoxlamağa başlayıb.

Fotolar Londonda yaşayan fotoqraf Timur Çelikdağ tərəfindən Londonun köhnə küçələrindən birində çəkilib.

Şəfəq “kişi” olmaq üçün xeyli əziyyət çəkib: kişi kimi yerimək, çömbəlib oturmaq, söyüş söymək, qaşlarını düyünləmək lazım gəlib.

Plagiat iddialarından əsəbləşən yazar: “Türkiyədə bir az fərqli, yenilikçi insanların üzərinə həmişə hücum edirlər. Başqalarına işlərinə xor baxmaq asandır. Bu mənim 117-ci kitabım, 8-ci romanımdır. Alın tərim, xəyal gücümdür. Oxucularım bilirlər. Mən oxucularıma güvənirəm, onlar da mənə. Boş sözlər, böhtanlar, dedi-qodular dolaşıb yenə sahibinə qayıdır. Mənə görə kainatın quruluşu belədir. Bugünkü tənqid vaxt, əhval və enerji itkisidir hamımız üçün...” deyə bütün iddiaları inkar edib.


Günel Əsgərzadə
# 2277 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər