Əkrəm Əylislinin dişləri

Əkrəm Əylislinin dişləri
18 oktyabr 2017
# 12:07

Əkrəm Əylislinin 80 yaşı tamam olur.

Yadıma maraqlı bir xatirə düşdü. Bu yaxınlarda böyük yazıçıyla görüşmüşdük. Hekayələrimi oxuyub zəng elədi ki, sənə qonaqlıq verəcəm. Bulvardakı restoranların birində oturduq. Əkrəm Əylislini çox xoş qarşıladılar. Ofisiantlar, ardınca da müdir gəlib qarşımızda ehtiramla baş əydi. Əkrəm müəllimin üzündə təbəssümdən əlavə qəribə bir maraq yanıb sönürdü. Bir azdan o qəribəliyi mənlə bölüşdü: “Nə əcəb bunlar məni belə sevir, Ayxan kişi?” Gülümsündüm: “Sizi həmişə sevirlər, siz o sevgiyə layiqsiniz”.

Əkrəm Əylisli ədəbiyyatı, yazmağı mənə sevdirən yazıçılardandı. Cek London, Əziz Nesin, Hemenquey, Çexov da onlara daxildi. İlk dəfə Əkrəmi oxuyanda yaza biləcəyimi hiss etmişdim və mənim kimi minlərlə belə adam olub. Hələ “Azərbaycan” jurnalına baş redaktor olduğu zamanlar gördüyü böyüş işlər elə “Gilənar çiçəyinə dediklərim” qədər yazıçını bizə yaxın elədi. Mənə elə gəlir, illər keçəcək məhz ədəbiyyatı sevdirən adam kimi Əkrəm Əylisliyə heykəl qoyulacaq!

Quzu kababı sifariş verdik. Əkrəm müəllim buranın quzu kababını təriflədi. Ordan-burdan söhbət elədik, siqaret çəkdik. Bir azdan kabab gəldi. Bir tikə götürüb boşqabıma qoyanda Əkrəm müəllim şaqqanaq çəkdi. Çaşdım.

- Nə olub, Əkrəm müəllim?

- Sənə bir şey deyəcəm. Amma gülmə.

- Nədir ki?

- Dişlərimi evdə qoymuşam.

Gülməyəcəyimə söz vermişdim, amma bunu deyəndə ikimiz də uğunub getdik. Kababı tək yeyəsi oldum.

# 2814 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #