Sədaqəti ilə bizi bezdirənlər

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

22 iyul 2022
# 10:40

Kulis.az Orxan Saffarinin yeni yazısını təqdim edir.

Azərbaycanda heç kim heç kimi rahat buraxmır. Nə yaxşı anında, nə də pis anında. Kefinin necə olmasından asılı olmayaraq, səni bezdirən insanlar həmişə tapılır. Sözün bütün mənalarında, baş verən bütün hadisələrdə. Bunun yaxşı tərəfləri olsa da, bezdirici tərəfləri heç də az deyil.

Bilmirəm hiss etdiklərimi başqa nə qədər adam hiss edir, amma mən soyuq münasibətlər yox, məhz bezdirici isti münasibətlərdən, məni sevgisiylə rahat buraxmayan adamlardan da bezirəm.

Təxminən, bu söz kimi;

"Bezdirdim mən səni sədaqətimlə".

Necə də amansız, kədərli cümlədir. İnsanın ehtiyac duyduğu şeylərdən bezməsi qədər mundar hiss, dərin boşluq yoxdu. Bir də ayılırsan ki, səni bu həyatda doydura biləcək hər şeyin yekə bir boşluğu yaranıb içində.

Bəli. Qəribə səslənsə də, insan bəzən bundan da bezir. Bezmirsə, tək bezən mənəmsə, heyvani hisslərimə görə adam kimi adamlardan üzr istəyirəm.

Amma bir düşünün, belə deyilmi? Yəqin, var ətrafınızda belə adamlar. Adamı təmiz zara gətirirlər. Bəziləri səmimi, bəziləri yaltaqlıq, bəziləri də məcburiyyətdən, üz üzdən utanar suniliyindən.

Bir tanış uşaq var. Belə baxanda, o qədər də pis uşaq deyil. Cana yaxındı. Yalan olmasın, iki gündən bir zəng edir, yazır. Necəsən? Nə var nə yox? Evdə-eşikdə, çöldə-bacada nə var nə yox? Nə qulluq edim, nəyə ehtiyac var? Qadan alım, başına dönüm, can deyər, can eşitməsə, bir də can deyər. Qaynana təzə kürəkənin başına dolanan kimi başına dolanır. Çay içirsən, stəkan boşalan kimi tez deyir, can, qadan alaram, sən əziyyət çəkmə. Hələ bundan da artığı. Mənzərəni gözünüzdə canlandırın zəhmət olmasa, görün, siz də diksinirsinizmi?

Adam dostluğunu, sədaqətini hər mümkün variantda göstərsə də, suni gəlir. Alışa bilmirsən, onun bu yaxşılıq etmək istəyi bezdirir, davamlı yaxınlığı bezdirir. Yenə deyirəm, bəlkə də ən normalı budur, amma nəsə o deyil e.

Dərd odur ki, belə olmayanda da adam inciyir. Nəsə orta bir variant, məxrəc olmalıdır. İşi düşəndə hal-əhval tutan adamlar kimi. Şəxsən mən bundan incimirəm. Ən səmimisi budur. Mənə hər gün yazmaq, halımı soruşmaq məcburiyyətində deyil kimsə. İşi düşüb, dara düşüb, ağlına gəlmişəm. Yaxşı olar ki, həmin adamlar da bir başa sözünü desin, tay kivrəsi olduğum uşağın cükünə qədər maraqlanmasın.

Ümumiyyətlə, gəlin, hərdən bir-birimizi rahat buraxaq. Tək qalmaq istəyəndə artistlik edib onu ondan çox sevirmiş kimi göstərib, həyatına paz olmayaq. Əgər bir adam dərdini demək istəmirsə, danışmağa ehtiyacı yoxdursa, dirənməyin də adı yoxdur. O cümlədən belə olmayanda da üz üzdən utanar prinsipi ilə yanaşmayaq. Sadə, səmimi, mehriban olaq.

Xahiş edirəm, təklifimi dəyərləndirin.

# 1782 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #