Bir vaxtların Rəşad Dağlısı

Namiq Qaraçuxurlu

Namiq Qaraçuxurlu

24 yanvar 2023
# 14:30

Kulis.az Orxan Saffarinin yeni yazısını təqdim edir.

"Məni yandıran budur indi özgənin baxışı
Eyləyir hər gecə xidmət qara gözlərinə sənin.

"Gözdən öpmək ayrılıqdır, bunu dərk etməmişəm
Dodağım olubdu qismət qara gözlərinə sənin

"Kipriyin buluddu əlbət qara gözlərinə sənin".

Onu bədahətən deyilmiş meyxanada bu sözlərlə, daha sonra o vaxtların məşhur, dillər əzbəri olan rəvayətləri, ən çox da Aygün Kazımova ilə tanımışıq. O, bir vaxtların ən məşhur meyxanaçısı, indinin Rəşad Dağlısı idi.

Şübhəsiz ki, müasir meyxana deyənlərin bir çoxu sənətə gələndə onu görüb, ustad da bilib. O, Namiq Qaraçuxurludur.

***
Doxsanların əvvəllərində dünyaya gələnlər onu daha yaxşı tanıdı, bildi, iki minlərin uşaqları da onun rəvayətləri, klipləri, Aygün Kazımova ilə olan duetləri ilə böyüdü.

Hansı ki, Namiqin meydanlarda olduğu vaxtlar tək ustad da o idi. Bu gün necə ki, Rəşad Dağlı hər bir meyxana deyənin qarşısında yaxşı-pis maneədir, meyxananın kralı, "şiri" onu görürlər, o cümlədən də o vaxtlar Namiq Qaraçuxurlu idi. Keçmiş deyişmələrinə baxmaqla onun necə bir istedad olduğunu görmək mümkündür.

"Namiq və Aygün" cütlüyünün sevgi müzakirəsi ilə keçdi bir dövrün gəncliyi. Olmazın söhbətləri çayxanalarda, efirlərdə dildən-dilə gəzirdi. Əcəb günlər idi. Aygünün gündəmdən düşmədiyi bir məqamda, adamların düşüncəsinin ən dar anlarında bu iki cütlük öz oxumaqları, söz-söhbətləri ilə heyran edirdilər.

Bir növ, bilərəkdən və ya bilməyərəkdən tabuları qırmışdılar. Namiq klassik kişi obrazında, Aygün isə lüt-üryan, ədalı.

Namiq meyxanadan gedəndə də uğurlu oldu. Bu gün bu nümunə meyxanaçı Pərviz Bülbülədə də var, amma dövrdənmi, ya nədənsə, Pərviz Namiq ola bilmir.

Namiq Qaraçuxurlu pop janrında da sevilə bildi, yazdığı mahnı sözləri ilə də məşhurlaşdı, uğur qazandı. Ağlımda ala-bulanıq qalan böyük konsertləri, sözləri

Namiq Qaraçuxurluya aid olan "Yine Tek" mahnısını Türkiyənin məşhur sənətçisi Ajda Pekkan ifa eləmişdi.

Açığı, içimdən meyxanaya davam edib, özünü bədbəxt etmədiyi üçün sevinir və təşəkkür edirəm. Meyxananın bugünki halının ürəkaçan olmadığını nəzərə alsaq, sənət üçün də, Namiqin özü üçün də meyxanadan getmək olduqca yerində verilmiş qərar idi. Yoxsa, onu da qaranlıq, sabahı diri açılan gecələr alacaqdı ağuşuna.

Mənə elə gəlir, özü də bu səbəblərdən gedib. Ağıllı adamdır ki, özünü bu bataqlıqdan vaxtında xilas elədi.

Ən azından meyxananın nə demək olduğunu bilənlərin gözündə zirvə kimi qalmağı bacardı. Söyüşsüz, qeyri-leqal şeyləri təbliğsiz dediyinə görə, məncə, Namiqə təşəkkür etmək, unutmamaq lazımdır.

# 8364 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #