"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl
17 sentyabr 2026
# 17:00

Bu gün amerikalı filosof Con Syorlun anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Derridanı səhv başa düşmək demək olar ki, mümkünsüzdür, çünki o, həddindən artıq mürəkkəb yazır. Nə vaxt desən ki, «O, filan şeyi deyir», o həmişə cavab verir ki: «Sən məni səhv başa düşdün». Lakin düzgün izahı tapmağa çalışdıqda, bu, o qədər də asan olmur. Mən bunu bir dəfə Derridaya məndən də çox düşmən münasibət bəsləyən Mişel Fukoya dedim və Fuko bildirdi ki, Derrida «obskurantizm terroru" metodundan istifadə edir. Biz fransızca danışırdıq. Mən soruşdum: «Bununla nə demək istəyirsən?» O cavab verdi: «O, o qədər anlaşılmaz yazır ki, nə dediyini başa düşmək olmur — bu, obskurantizm hissəsidir; sonra isə sən onu tənqid edəndə o həmişə deyə bilər: "Sən anlamadın, sən axmaqsan“. Bu da terror hissəsidir». Bu mənim xoşuma gəldi...

***

Ümumiyyətlə, mən belə hesab edirəm ki, əgər bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən.

***

Yazının nəhəng meqakoqnitiv təsirləri var. Onun gücü budur: yazılı söz olmasaydı heç vaxt düşünə bilməyəcəyin tərzdə düşünməklə yanaşı, həm də yazılı söz vasitəsilə apardığın düşüncənin özü haqqında düşünə bilərsən. Bunun təhlükəsi də var; təhlükə ondadır ki, yazılı sözün nəhəng ifadəli və özünə istinad edən imkanları — yəni istinad edə-edə yenə istinad etmək qabiliyyətləri elə bir həddə çatacaq ki, sən real dünya ilə əlaqəni itirəcəksən.

***

Əhval-ruhiyyəni emosiyalarla səhv salmaq olmaz. Əhval-ruhiyyə səndə müəyyən emosiyanın yaranmasına zəmin yaradır. Bəzi əhval-ruhiyyələrdə hirslənmə ehtimalımız hamımıza məlum olduğu kimi daha yüksək olur, lakin emosiya əhval-ruhiyyə ilə eyni şey deyil. Düşünürəm ki, emosiyalar həmişə istəyin gərgin formaları ilə bağlıdır. Nə vaxt emosional vəziyyətdə olursansa, onda növündən asılı olaraq hansısa gərgin arzu olur. Buna görə də emosiyalar kifayət qədər xüsusidir - mən həmişə hansısa emosional vəziyyətdə olmuram, lakin düşünürəm ki, hər zaman hansısa əhval-ruhiyyədə oluram.

***

İndi heç kim özünü əziyyətə salmır və Tanrının varlığı məsələsini qaldırmaq belə bir qədər pis zövq əlaməti hesab olunur. Din mövzuları cinsi üstünlüklər kimidir: onlar ictimaiyyət arasında müzakirə olunmur, hətta abstrakt suallar belə yalnız darıxdırıcı adamlar tərəfindən müzakirə edilir.

***

Düşünmək üçün ən yaxşı obyektlər sözlərdir, çünki bu, sözlərin mövcudluq səbəblərindən biridir. Həqiqətən də, hər hansı bir şeyin söz ola bilməsi üçün onun düşünüləbilən olması şərtidir. Lakin...

# 80 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

17:30 17 sentyabr 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

17:11 17 sentyabr 2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

17:05 17 sentyabr 2026
Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

16:30 17 sentyabr 2026
Everest haqqındakı filmin treyleri yayımlandı

Everest haqqındakı filmin treyleri yayımlandı

15:30 17 sentyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqlar məlum oldu

Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqlar məlum oldu

15:00 17 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər