Dünya ədəbiyyatının Azərbaycan elçisi

Dünya ədəbiyyatının Azərbaycan elçisi
15 mart 2021
# 10:57

Onu özümdən yaşlı düşünmüşəm həmişə. Sözün yaxşı mənasında vaxtdından çox-çox tez kamilləşmiş biridir. O nadir adamlardandır ki, misal üçün bir gün Vargas Lyosa Azərbaycana gəlsə, məmnuniyyətlə qarşısına çıxara bilərik. Əmin olun, bizi layiqincə təmsil edəcək.

Həmişə cümhuriyyət dövrünün böyük şəxsiyyətləri haqqında düşünəndə onların öz dövrünün Qərb ziyalılarından, mütəfəkkirlərindən zərrəcə geri qalmadığı faktı içimi qürur hissi ilə doldurub. Bu gün zaman fərqlidir. Daha sürətli, daha mürəkkəb. Elm də mürəkkəbləşib, texnika da, yaradıcılıq da. Belə bir zamanda “Dünya çaplı” adam olmaq asan məsələ deyil və bizim ədəbi mühitdə belə adamları bir əlin barmağı ilə saymaq olar.

Qismət o nəhayətsiz azlığın içərisindədir!

Yazı-pozusundan əlavə bir ziyalılıq, müəllimlik missiyası da var. Görünür, bu da bir taledir və insanın boyuna biçilir. Istəsən də kənara çıxa bilmirsən.

Yazdığı şeir və esselərin yanı sıra çevirdiyi çox dəyərli yazı və kitablar da var. Üstəlik çağdaş Amerika romançılığından elmi iş yazır. Onun kitabxanası Azərbaycanın ən zəngin kitabxanalarındandır. Hamımız bu zəngin dünyadan yararlanmışıq.

Qismət müasir şeirin və nəsrin nə olduğunu bir-iki saatın içində ən yüksək səviyyədə anlada bilər. Onun qiymətini alan əsərlərə, zənnimcə, dünyanın heç bir yanında zaval yoxdur.

Ona kimsə Azərbaycan ədəbiyyatının QİSMƏTİ söyləmişdi. Məncə, dəqiq təsbitdir. Həmişə narazı qaldığım ədəbi mühitimiz üçün qənimət biridir. Tanrının hədiyyəsidir.

Mütərəqqi dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycanın mütərəqqi dünya ədəbiyyatında səlahiyyətli elçisidir.

Azərbaycanı dünyaya, dünyanı Azərbaycana daşımağın ustasıdır.

Bu gün 35 yaşını qeyd edir.

Adama elə gəlir 350 ildir dünyadadır və bu illərini oxumağa, öyrənməyə, insanları və cəmiyyəti tanımağa həsr edib.

Sağlamlıq və xoşbəxtlik diləyirəm.

Qalanını özü hamımızdan yaxşı bilir.

# 3829 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #