Azərbaycan beynəlxalq moda sərgisində təmsil olunur

Azərbaycan beynəlxalq moda sərgisində təmsil olunur
4 sentyabr 2026
# 14:20

Ankaradakı “ATO Congresium” sərgi mərkəzində “Capital of Fashion COF’26” Beynəlxalq Hazır Geyimlər Moda Sərgisi keçirilir.

Kulis.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir ki, Anadolunun ən böyük sərgilərindən hesab olunan tədbir Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdən moda və hazır geyim sektorunun nümayəndələrini, şirkətləri, dizaynerləri və ziyarətçiləri bir araya gətirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz beynəlxalq sərgidə geniş şəkildə təmsil olunur.

Sərgi çərçivəsində keçirilən moda nümayişində Azərbaycanın “Taylors Home” geyim və parça butikinin təqdim etdiyi gəlinlik kolleksiyası xüsusi maraqla qarşılanıb. Kolleksiyaya daxil olan 10 fərqli gəlinlik türk manekenlər tərəfindən nümayiş etdirilib. Azərbaycan moda sənayesinin zövq və estetik yanaşmasını əks etdirən kolleksiya sərgi iştirakçıları və ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycanın beynəlxalq moda platformasında təmsil olunması ölkəmizin müasir moda və dizayn potensialının Türkiyə ictimaiyyətinə və xarici qonaqlara tanıdılması, bu sahədə yeni əlaqələrin və əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ankara Geyim İstehsalçıları Dərnəyinin dəstəyi ilə təşkil olunan Ankara Moda Sərgisi yeni moda meyillərinin və kolleksiyaların təqdim edildiyi, sektorda yeni əməkdaşlıqların qurulduğu mühüm beynəlxalq platformalardan biridir. Sərgi çərçivəsində işgüzar görüşlər keçirilir, hazır geyim və moda sənayesi üzrə idxal-ixrac imkanları müzakirə olunur, yeni tərəfdaşlıqların yaradılması üçün şərait formalaşdırılır.

Sentyabrın 5-nə qədər davam edəcək beynəlxalq sərgidə Türkiyənin və dünyanın hazır geyim və moda sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri və brendləri təmsil olunurlar.

# 536 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər