Fehruz Şamiyev: "Məqsədimiz beynəlxalq kino bazarında kimliyimizi sərgiləməkdir"

Fehruz Şamiyev:  "Məqsədimiz beynəlxalq kino bazarında kimliyimizi sərgiləməkdir"
4 aprel 2024
# 15:03

"Biz Baku International Film Festival komandası olaraq əlaqələrimizi daha da genişləndirmək üçün müxtəlif xarici fondlara, dəstək layihələrinə müraciət edirik. Məqsədimiz beynəlxalq kino bazarında azacıq da olsa öz kimliyimizi, məhsullarımızı sərgiləməkdir".

Kulis.az xəbər verir ki, bu sözləri Qırğızıstanda keçirilən 11 ci Beynəlxalq Kino Forum-Festivalda Azərbaycanı təmsil edən rejissor Fehruz Şamiyev feysbukda yazıb.

Bir 5 nəfər və mətn şəkili ola bilər

O, festivalda filmlərimizin müsbət rəylər aldığını qeyd edib:

"Müzakirələr zamanı söylənən fikirləri nəzərə alıb deyə bilərəm ki, bizim filmlərimiz yaxşı qarşılandı. Üstəlik, Azərbaycan istehsalı olan İqor Smolanın filmi forumun müsabiqə bölməsində yarışırdı".

Bir 6 nəfər və mətn şəkili ola bilər

Rejissor festivalın əhəmiyyətini də vurğulayıb:

""Форум Молодого кино "Умут" daha çox MDB, Baltikyanı ölkələri özündə birləşdirməklə bərabər yeni tanışlıq və qarşılıqlı münasibətlər baxımından çox uğurlu festivaldır. Estoniya, Litva ilə yanaşı Özvbəkistan, Qazaxıstan, Qırğızıstandan olan müxtəlif vəzifəli, ixtisaslı kino xadimləri ilə görüşmək və müzakirələr aparmaq, əlaqələr qurmaq bizim üçün çox vacibdir. Bəzi dostlar inciməsin ki, nə əcəb, onların filmlərini bu proqrama daxil etməmişdik. Müəyyən səbəbləri var idi".

Bir 2 nəfər, xəbər otağı və mətn şəkili ola bilər

Ülvi Bahadır

# 540 dəfə oxunub

Müəllifin son yazıları

# # #