Azərbaycan futbolu və həyasız ermənilər

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

24 aprel 2022
# 13:42

Əvvəla hər birinizi salamlayıram. Günəşli, möhtəşəm bazar gününüz xeyirli olsun.

Bu cür gözəl gündə sizinlə belə mövzu haqqında danışmaq istəməzdim, amma neyləmək olar.

Ermənilər yenə qondarma soyqırımlarının il dönümündə özlərinə əl qatıblar. İrəvanda Azərbaycan və Türkiyə bayraqlarını yandırıb qışqırışırlar, xoşbəxt olurlar. Olsun. Biz buna çoxdan öyrəşmişik.

Məncə, artıq ermənilərin belə addımlarına heç əsəbiləşməyə də dəyməz. Şəxsən mən həmin videolara baxanda sadəcə və sadəcə gülürəm, əylənirəm.

Çünki inanın mənə, dünya ermənilərin nə mal olduğunu bizdən daha yaxşı bilir. Sizə deyim ki, hətta biz ermənilərlə uzun illərdir düşmən ola-ola onlara yetərincə bələd deyilik.

Dünya ədəbiyyatında bir çox məşhur əsərdə ermənilər haqqında deyilmiş fikirlərə rast gəlmək olar.

Məsələn, Corc Oruelin "Londonda və Parisdə qara qəpiksiz" romanında rastlaşdığım bir fikir yadıma düşür.

Tələbəlik illərində oxuduğum həmin romandan bu cümləni həmişə əzbərimdə saxlayıram:

"İlana inan, yəhudiyə inanma, yəhudiyə inan, yunana inanma, amma erməniyə heç vaxt inanma!"

Bəli, bunu, dünya şöhrətli ingilis yazıçı yazıb.

Dünən Türkiyənin Xarici İşlər Naziri Mehmet Çavuşoğlunun Uruqvay səfəri zamanı orada yaşayan ermənilər etiraz aksiyası keçiriblər. Görürəm bir çox adam Cənubi Amerikada ermənilərin yaşamasına təəccüblənir.

Yəqin Markezin məşhur "Yüz ilin tənhalığı" romanını oxuyanlar xatırlayar. Həmin əsərdə kolumbiyalı müəllif ermənilərin adını bir neçə dəfə çəkir və onları "erməni əsilli qaraçılar", "qaraçı ermənilər" kimi təqdim edir.

Bunların hamısı ermənilərin kimliyini müəyyənləşdirmək üçün çox ciddi məqamlardır. Çünki mənə görə, millətlərin kimliyi ədəbiyyat nümunələrində daha dəqiq təsvir olunur, nəinki tarixi mənbələrdə.

Puşkinin "Tazit" poemasında da obrazlardan birinin dilindən belə bir cümlə çıxır:

"Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən!"

Ermənilər çox vaxt bu misralara onunla don geyindirirlər ki, bunu Puşkinin özü yox, obrazı söyləyir. Amma hər kəsə məlumdur ki, müəllif sözlərini elə obrazlarının, qəhrəmanlarının dilindən deyir.

Belə nümunələr, misallar çoxdur, hamısını sadalamağa vaxtım yoxdur. Çünki iş günü deyil.

Nəysə. Boş verin erməniləri. Gözəl şeylərdən danışaq. Məsələn, Azərbaycan futbolundan. Ha ha ha. Yaxşı, sağ olun, mən getdim.

# 2317 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #