Mart ayında xəstəliyinin müalicə oluna bilən, lakin tam sağalmayan bir növ olduğunu elan edən 68 yaşlı məşhur aktyor Brus Kempbell sağlamlıq vəziyyəti haqqında son məlumatları paylaşıb.
Kulis.az xəbər verir ki, o, xərçəng diaqnozundan sonra təxminən 5 illik ömrünün qaldığını və bu prosesi "5 illik razılaşma" kimi qiymətləndirərək ruhdan düşmədən yaşamağa davam edəcəyini açıqlayıb.
Kempbell xərçəngə görə həyatını və işini dayandırmaq niyyətində olmadığını, bu xəstəliklə mübarizə apararaq normal həyatına davam etmək qərarına gəldiyini deyib.
Aktyor bu yaxınlarda ssenarisini yazdığı, rejissorluq etdiyi və baş rolunda çəkildiyi "Ernie & Emma" filminin təqdimat kampaniyasına diqqət yetirdiyini qeyd edib.
O, xərçəngin insana fiziki fəsadlar vurduğunu, lakin psixoloji olaraq "xərçəng quyusu"na düşmək istəmədiyini və bu səbəbdən xəstəlik haqqında lazımsız forumlardan uzaq durduğunu vurğulayıb.
Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı
Oxşar xəbərlər
Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?
18:30
27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi
18:00
27 oktyabr 2026
Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"
17:18
27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib
17:00
27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi
16:35
27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb
16:30
27 oktyabr 2026