Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" - Premyera

Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" - Premyera
1 oktyabr 2021
# 16:01

Oktyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Qıpçaq rəqsləri" ilə yanaşı həmin axşam N.Rimski-Korsakovun "Şəhrizad" baleti də nümayiş olunacaq.
Opera və Balet Teatrının quruluşunda "Qıpçaq rəqsləri" baleti rəngarəng dekorasiyaları və zəngin kostyumları ilə diqqəti cəlb edir. Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovdur. Musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa edəcəklər.

Qeyd edək ki, A.P.Borodin "Knyaz İqor" operasının bir hissəsi olan "Qıpçaq rəqsləri"ni 1875-ci ilin yayında Moskvada qələmə alıb. Bütünlükdə bəstəkar bu opera üzərində 18 il işləyib, lakin tam olaraq yazıb başa çatdırmayıb. Borodinin ölümündən sonra onun musiqi materialları əsasında A.Qlazunov operanı tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləyib. Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski teatrında baş tutub. Xoreoqraf L.İvanovun quruluş verdiyi "Qıpçaq rəqsləri" tamaşaçılarda dərin təəssürat oyadıb. Sonradan "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulub.

# 5250 dəfə oxunub

Oxşar xəbərlər

“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
Valeh Kərimov uzun fasilədən sonra səhnədə

Valeh Kərimov uzun fasilədən sonra səhnədə

17:40 6 mart 2026
Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

16:30 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər