“Ölülər” tamaşası yenidən səhnədə

“Ölülər” tamaşası yenidən səhnədə
7 iyun 2022
# 14:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa iyunun 11-də növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır.

# 4633 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər