Loğman Kərimov işdən çıxdı

Loğman Kərimov işdən çıxdı
11 fevral 2025
# 09:45

Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov işdən çıxıb.

Kulis.az xəbər verir ki, o, bununla bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.

Bildirilib ki, Loğman Kərimov öz xahişinə əsasən vəzifəsindən azad edilib.

Loğman Kərimov kimdir?

Aktyor, teatr rejissoru, ssenari müəllifi Loğman Seyfulla oğlu Kərimov 11 yanvar, 1959-cu il Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan Loğman Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilib. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilib), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli verib. O, teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlayıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb.

Loğman Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına layiq görülüb. 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.

# 3655 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

16:25 26 yanvar 2026
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirildi

Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirildi

16:20 26 yanvar 2026
“Aldanmış ər”  tamaşasının premyerası olacaq

“Aldanmış ər” tamaşasının premyerası olacaq

15:20 19 yanvar 2026
“Ayı” adlı tamaşanın məşqlərinə başlanıldı

“Ayı” adlı tamaşanın məşqlərinə başlanıldı

11:20 19 yanvar 2026
“Neft bumu hamıya gülümsəyir”  tamaşasının məşqləri yekunlaşır

“Neft bumu hamıya gülümsəyir” tamaşasının məşqləri yekunlaşır

13:09 12 yanvar 2026
Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı

10:30 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər