Seks haqqında  9 həqiqət

Seks haqqında  9 həqiqət
23 yanvar 2013
# 08:30

İngilis filosof, yazıçı Alan de Bottonun keçən il çıxan “Seksə necə daha fərqli yanaşa bilərik?” kitabında seksin təməlindəki əsas sualları araşdırıb. Axı seks həyatımızda elə də az yer tutmur, iş həyatımıza, gündəlik əhvalımıza, insanlarla münasibətimizə müsbət, yaxud mənfi təsirlər göstərə bilir. Elə isə Bottonun qaldırdığı 9 sualı nəzərdən keçirək…

Təyyarə tualeti niyə daha həyəcanlıdır?

Normal həyat şərtlərinin dəyişməsi, uniforma geyinmiş bir neçə gözəl qadınla çıxılmaz məkanda olmaq cinsi fantaziyalarımızı hərəkətə gətirir. Uniformalı seks fantaziyalarının kökündə güc sahibi olan insanı fəth etmək, qanunları pozma arzusu yatır. Sərhədləri aşmaq və qadağan olunmuş meyvəni dadmağın yaratdığı “güc məndədir” hissi erotik arzuları alovlandırır.

Yalan nəyə lazımdır ki?

İnsanların səmimiliyi yadırğadıqları dövrdə yaş vagina, yaxud sərtləşmiş penis qarşımızdakı insanın bizi bəyəndiyinin, istədiyinin ən səmimi sübutudur. Ağılla idarə olunan hislərin yerini bədənlə ifadə edilən hisslərin almağı yaxşı haldır. Bədəniniz sizin əvəzinizə qərar veribsə, yalana nə ehtiyac var?

“Bu gecə yox, başım ağrıyır” nədən yaranır?

Evlilik, yaxud uzun müddətli münasibət seks həyatının daimiliyinə təminat verən müqavilə kimidir. Ancaq real həyatda bu, adi bir nəzəriyyədir. Gündəlik problemlərin öhdəsindən birlikdə gələn cütlüklərin arasında ehtiras və seksual cazibə azalmağa başlayır. Yəni “nə vaxt istəsən, sevişə bilərsən” yerini “istəməsən, sevişməyə bilərsən”ə verir.

Pornoqrafiya xəyanətdir?

İzləyəndə ehtirasa gəlməyən insan yəqin ki tapılmaz. İçki və narkotik vasitələr kimi pornoqrafiya da bizi darıxdırıcı həyatımızdan qısa müddətlik də olsa ayırır, gələcək haqqında fikirləşmədən seksual istəklərimizin arxasınca getməyə təhrik edir.

Acizlik yaxşıdır?

Acizlik – bəsit arzuların yerini qarşındakını tanıma istəyinə verməsidir. Fiziki məğlubiyyət kimi görünsə də, əslində bu, partnyorun aldığı həzzi düşünən, qarşısındakına hörmət edən insanların etik uğurudur.

Dinlər bizim bilmədiyimiz nələri bilir?

Hazırda seksi ancaq dinlər ciddi qəbul edir, təhlükəli olduğunu deyir. İşlədiyiniz vaxtda internetdən porno izləyirsinizsə, dinlərə qulaq vermə vaxtınız çatıb deməkdir.

Seksə nələr pis təsir edir?

Münasibətlərdə bəzən kiçik detallar gözə batmağa başlayır. Bu xırda detallar davalara, davalar da xroniki problemlərə çevrilir. Cütlüklər belə xırda şeyləri unudub, bir-birilərini daha yaxından tanımağa və seks həyatlarını qaydasına salmağa çalışmalıdırlar.

Zina edəndə nə olar ki?

Çoxalmaq arzusu ilə evlənən insanın ömrünün axırına qədər eyni insanla yaşamağı, onunla daima seks arzulamağı absurddur. Ona görə evlilikdə özünüzü qəfəsdə hiss etməyiniz normaldır. Tərəflər bircə bunu unutmamalıdırlar: Heç kim heç kimin hər şeyi ola bilməz.

Bu haqda danışmaq niyə çətindir?

Sekslə bağlı narahatlığımızın kökündə dövrün tələbləri dayanır; seks təbii istəkdir, mümkün qədər çox yaşanmalıdır. Ancaq seks həmişə həyatımıza sevinc gətirmir, onu və hisslərimizi əhliləşdirmək vaxt alır, bəzən münasibətləri pozur, bizi gecələr barlarda içirdib tanımadığımız insanların qollarına atır.

# 87895 dəfə oxunub

Oxşar xəbərlər

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər