Fahişənin hazırladığı kokteyl
Yazarın hansısa yazıya özündən başlamağı təvazökarlıqdan uzaqdır. Amma uzun fasilədən sonra özümə bu ərəfədə bir az romantik olmağa icazə vermişəm.
Otuz yaşın sakit və arxayın müdrikliyini yaşamağa bir az fasilə vermək, köhnə və sevimli zamanlarda olduğu kimi, bir az axmaqlamaq istəyirəm.
Düzdü, arada bu icazə həddini aşır, mən məsələn, sırf bir az eynim açılsın deyə adam şərləmək, ev yıxmaq, kiminsə taleyi ilə də oynamaq istəyirəm, amma belə təhlükəli istəklərin ipini tez də yığa bilirəm. Özümüzə də söz keçirə bilmiriksə, ta onda nə oldu…
Ucundan tutub, ucuzluğa getdim axı deyəsən. (Adamın özünə nəyisə icazə verməyi belədi də…).
Mənim müxtəlif yaşlarda sevgiyə münasibətim fərqli olub. On beş yaşda kişiyə münasibətdə surətpərəst, 20 yaşda şöhrətpərəst idim.
Babat bir beşillik də ziyalılığa, mübarizliyə, intellektuallığa-filana xərcləndi. İndi də sadəcə ədalət prinsipinə əsaslanıram.
Məsələn, ilahi ədalət qadından məmuru, harını, oliqarxı deyil, ömrü boyu özünü başqalarına həsr eləmiş gözəl ürəkli kişini sevməyi tələb edirsə, çalışaram o ilahi ədalətə kömək eləyim…İndi mənim kişinin kürəyinə deyil, ürəyinə vurulduğum yaşımdı.
Sözüm bunda deyil.
Bu günlərdə çox sevdiyim bir filmə təkrar baxırdım. Filmə ilk dəfə baxandan bəri oradakı qadınların sadə, zəhmətkeş, səliqəli həyatlarına həsəd aparırdım. Bir məhəllədə fahişə, bərbər, restoran sahibi, sadə fəhlə, yaşlı qadın, yeniyetmə qız – bir sözlə ən müxtəlif işlərlə məşğul olan, müxtəlif yaşlarda qadınlar bir-birini anlayır, bir-birinə dayaq olur.
Qonşu qadınlar yığışıb ərini xəlvətcə öldürmüş qadına meyiti basdırmaqda, restoran açmaqda kömək eləyirlər. Restoran sahibəsi öz restoranında fahişəyə iş verir – fahişə kokteyl hazırlayıb, onun müştərilərinə satır.
Yaşlı ana bərbər qızına kömək eləyir, onun müştərilərin saçlarını isladır, tör-töküntünü yığışdırır. Hər şey məişət səviyyəsindədir, hər şey sadədir, amma bütün bu sadəlikdə bir səliqə-səhman, bir rahatlıq, bir həmrəylik var. Demək olar ki, şəhərcik əsl qadın cənnətidir.
Amma dindarların təriflədiyi bal, süd dolu çaylar axan, subtropik meyvələrlə dolu bağ deyil, hər şeyi qadınların öz əməyi ilə qazandığı solçu cənnət. Və bu cənnətin, bu qadın həmrəyliyinin, səliqəsinin, uğurunun bircə səbəbi var – qadınların heç birinin həyatında kişi yoxdur.
Yeniyetmə qız, gənc xala, cavan ana, ahıl nənə nə vaxtsa həyatlarında olmuş kişiləri – ərlərini, məşuqlarını, atalarını ağrıyla xatırlayırlar. Kişilər onlara yalnız ağrı, bədbəxtlik, əsəbilik narahatlıq gətiriblər. Qadının dayağı, sirdaşı, cana yananı isə ancaq qadındır.
Filmə bir evi paylaşdığımız rəfiqəmlə baxırdım. Bir az əhli-kef, bir az sərt, üstəlik məişət işlərindən də zəhləsi gedən rəfiqəmə bu filmin necə təsir eləyəcəyi mənə maraqlı idi. Amma heç nə soruşmadım.
Rəfiqəm filmə baxdı, film bitəndən sonra da sakitcə ayağa qalxıb, mətbəxə keçdi və hərəmizə bir fincan kofe hazırlayıb gətirdi.
Filmə baxmağı bütün qadınlara məsləhət görürəm. Adı «Qayıdış»dır.
Amma bir şeyi də mütləq nəzərə alın: filmin rejissoru kişidir. Pedro Almadovar.

Oxşar xəbərlər
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi
10:00
17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli
15:00
16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?
10:00
12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?
12:00
11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?
10:00
10 sentyabr 2026
Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?
10:00
1 sentyabr 2026