Məşhur rejissor tamaşaçıları qorxudacaq

Məşhur rejissor tamaşaçıları qorxudacaq
15 may 2014
# 10:53

Qalmaqallı rejissor Lars fon Trier həmkarı Kristina Levrinqin horror janrında çəkiləcək filmi üçün ssenari yazır. Filmdəki hadisələr Amerikanın Miçiqan ştatında baş verəcək. Kann festivalına qatılan Levrinq bu haqda “The Hollywood Reporter”- a deyib.

Levrinqin sözərinə görə, Trier artıq bir aydır ki, ssenari üzərində işləyir.

Bu, Trierin horror janrında ilk işi deyil. Onun qalmaqallı “Antixrist” və 1990-cı illərdə çəkdiyi “Krallıq” mini serialı da bu janrdadır.

Lervinqlə Trier çoxdan əməkdaşlıq edir. Lervinqin bu il Kannda göstəriləcək “The Salvation” vesterninə Trierin Zentropa şirkəti prodüserlik edib.

Xatırladaq ki, 2011-ci ildə Kann festivalının rəhbərliyi Hitlerə simpatiyasını bildirdiyinə görə Trieri “persona non qrata” elan etmişdi. “Non qrata” statusu ləğv edilsə də Trier Kanna getməməkdə israrlıdır.

# 2672 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #