"Nabat" Tokioda-İLK DƏFƏ

"Nabat" Tokioda-<span style="color:red;">İLK DƏFƏ
27 oktyabr 2014
# 16:17

Milli kino tarixində ilk dəfə Azərbaycan filmi – “Nabat” Tokio Beynəlxalq Film Festivalında təmsil olunur. “Nabat” filminin təqdimatı oktyabr 28-i və 30-u Tokionun ən məşhur kinoteatrı olan “TOHO CINEMAS”-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

# 1510 dəfə oxunub

Müəllifin son yazıları

# # #