Azərbaycanlı rejissor maşınını satıb film çəkdi - 16+

Azərbaycanlı rejissor maşınını satıb film çəkdi - <span style="color:red;">16+
6 fevral 2015
# 14:38

Rejissor Ramil Ağasıyev “Arzuların ardınca” adlı tammetrajlı bədii film çəkib.

Melodram janrında olan film arzularının ardınca gedən iki xəstə adamdan bəhs edir: “Əmim xərçəngdən vəfat edib. Filmin ideyası da burdan yaranıb. Səhəri gün sinopsisi yazıb dostum Mehmana yolladım”.

R.Ağasıyev filmi çəkmək üçün maşınını satıb: “Hər zaman tammetrajlı film çəkmək arzum olub. Filmə indiyə kimi 22 min manat xərcləmişəm. Hazırda film səslənmə və rəng korreksiyası mərhələsindədir”.

Qeyd edək ki, “Arzuların ardınca” kamera filmdir.

Yataq səhnələri olduğu üçün film 16 yaşdan yuxarı kateqoriya üçün nəzərdə tutulub. Yataq səhnələrində dublyorlar çəkilib. Rejissor bildirdi ki, bizim cəmiyyətdə ötəri açıq səhnələr də çox açıq qəbul edildiyi üçün yaş həddini göstəriblər.

Premyerası mart ayına nəzərdə tutulan lentin ssenari müəllifi Mehman Rəsulov, operatoru Şahmar Səfəroğludur, quruluşçu rəssam Elgün Vəıiyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktor Nicat Zeynallıdır.

Baş rolları Ziya Ağa və Zarina Qurbanova oynayır. Filmdə eyni zamanda Rasim Cəfər, xalq artisti Vaqif Əsədov, blogger Aynur Hüseynova da oynayıb.

# 1442 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #